Icma.az
close
up
RU
İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu FOTO

İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu FOTO

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Jurnalist Qadınlar Assosiasiyası (JQA) “Qərbi Azərbaycan: reallıqlar, perespektivlər” adlı layihə çərçivəsində işləri uğurla həyata keçirir. 

Layihədə nəzərdə tutulduğu kimi, JQA-nın bir qrup əməkdaşı Türkiyənin İstanbul şəhərində səfərdə olub.

Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə İstanulda fəaliyyət göstərən “İstanbul Azərbaycan Kültür evində” “Qərbi Azərbaycan: gələcəyə baxış” adlı dəyirmi masa keçirilib. 

Dəyirmi masada əslən Qərbi Azərbaycandan olan soydaşlarımız iştirak ediblər. 

Dəyirmi masanı giriş sözü ilə açan “İstanbul Azərbaycan Kültür Evi”nin rəhbəri Hikmət Elp Qərbi Azərbaycanın tarixi barədə qısa məlumat verib.  

Sonra JQA-nın rəhbəri Sevil Yusifova layihənin məqsəd və məramından geniş söhbət açıb. 

O, çıxışında tədbirin mövzusunun aktuallığına və əhəmiyyətinə toxunub.

Layihənin rəhbəri bildirib ki, ötən əsrdə indiki Ermənistan dövləti tərfindən Qərbi Azərbaycanda yaşayan soydaşlarımız deportasiyaya və soyqırıma məruz qalıblar: "Ermənilər hər fürsətdə millətimizə məxsus tarixi abidələri də yer üzündən silməyə çalışıblar. Əlimizdə olan rəsmi faktlara əsaslanaraq deyə bilərəm ki, əcdadlarımızın əsrlərboyu qoruyub saxladığı tarixi mədəni-mənəvi dəyərlərimiz də erməni vandalizmin qurbanı olub. Ermənilərin tək istəyi o olub ki, sonradan gəldikləri Azərbaycan torpaqlarında bizim millətə məxsus izləri silsinlər və qondarma tarix yaratsınlar. Təəssüf ki, ermənilər havadarlarının dəstəyi ilə bir çox məsələlərdə öz istəklərinə nail ola biliblər. Bizim tarixi abidələrimiz ya erməniləşdirilib, ya da tamamilə məhv edilib".

Xanım Yusifova layihənin davamlı olmasını və Türkiyədə yaşayan Ermənistan ərazisindən deportasiya edilən insanlarımızın təşkilatlanmasının vacibliyini də  vurgulayıb. 

Dəyirmi masada söz alıb çıxış edənlər də mövzunun aktuallığından danışıblar. 

Əslən İrəvandan olan dinləyicilər bildiriblər ki, ən son 1988-ci ildə yarım milyona yaxın Azərbaycan türkünü zorla yurdundan çıxardılmasına nail olan ermənilər bizim soydaşlarımızın mal və mülklərinə əl qoyub, onları özünküləşdırıblər, yüzlərlə qadın, uşaq öldürülüb. 

Natiqlər Ermənistanın illər boyu törətdiyi zorakılıq siyasəti, millətimizin başına gələn həqiqətlərin dünya ictimaiyyətinə çatdırlmasının vacibliyini söyləyiblər. Azərbaycanlıların öz yurduna, Vətəninə dönməsi üçün təminat verilməsi tələbinin irəli sürülməsini qeyd ediblər.

Tədbirdə beynəlxalq aləmin diqqətini hüquqları pozulmuş  soydaşlarımızın haqlı tələblərinə yönəltməli olduğumuz dəfələrlə səsləndirilib. Həmçinin mədəni irsimizin qorunması və bu irsin yenidən canlandırılması yolları müzakirə olunub

Sonda qərara alınıb ki, Türkiyədə yaşayan Ermənistandan zorla köç edən ikinci, üçüncü nəsil azərbaycanlı ailələrin övladları  öz əcdadlarının mədəniyyətini qoruyub saxlamaq üçün Qərbi Azərbaycan məsələsini gündəmdə saxlamağa çalışsınlar.

Bundan başqa, Qərbi Azərbaycanın tarixini ğzündə əks etdirən faktların toplanması və əldə edilən sənədlər, məlumatların xarici dillərə tərcümə olunması kimi fəaliyyətlərin həyata keçirilməsi də tədbirin əsas mövzularından olub.

   
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri