İSTANBULDA SAXLANILAN GÜLTƏKİN HACIBƏYLİ BAKIYA GƏTİRİLDİ Yenilənib
Icma.az bildirir, Mia.az portalına istinadən.
Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli dekabrın 1-i səhər saatlarında Azərbaycana deport edilib.
Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, keçmiş deputatı hava limanında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları qarşlayıb.
Məlumatda bildirilir ki, Gültəkin Hacıbəyli DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan “Ramiz Mehdiyev İşi” çərçivəsində dindirilməsi üçün bu quruma aparılıb.
***
Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli noyabrın 30-da İstanbulda saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə onun özü sosial medai hesabında yazıb.
Sabiq deputat bildirib ki, oğlu ilə birlikdə İstanbulda kirayədə yaşadığı evə polisdən gəliblər: "İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, məni polis idarəsinə aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var".
O güman edir ki, onu Türkiyədən deportasiya edəcəklər.
Xatırladaq ki, dünən DTX AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahimin evində axtarış aparılıb, onlar Ramiz Mehdiyevlə əlaqədə ittiham olunur və PA-nın sabiq rəbərinə açılmış "Dövləti zorla ələ keçrimək", "Vətənə xəyanət" üzrə açılmış cinayət işi üzrə dindirilirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 01 Dekabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















