Icma.az
close
up
RU
İstanbulda “Səninləyik, Türkiyə” kitabı təqdim edilib

İstanbulda “Səninləyik, Türkiyə” kitabı təqdim edilib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

"Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr etdirilən "Səninləyik, Türkiyə" kitabında Türk dünyasının görkəmli şairlərinin 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə bağlı şeirləri toplanıb. Şeirləri bu kitaba daxil olan şairlərə təşəkkür etmək və Uca Yaradanın bir daha Türk dünyasına bu cür faciələr yaşatmamasını arzulayıram. Türk Mədəniyyəti və İrsi Fondu olaraq biz də öz növbəmizdə bir daha həmin şüara uyğun olaraq bəyan edirik ki, səninləyik, Türk dünyası".

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirlər Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin iştirakçılarına ünvanladığı məktubunda ifadə edilib.

Sərgi çərçivəsində təqdimatı keçirilən kitab haqqında məlumat verilən məktubda fondun fəaliyyəti və təsis etdiyi yeni kitab seriyalarından bəhs edilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, kitabın tərtibçisi və tərcüməçisi Səlim Babullaoğlu bildirib ki, bir neçə ay ərzində hazırlanan bu nəşr layihəsində zəlzələ qurbanlarına həsr olunan şeirlər və fotolar toplanıb. Antologiyada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Cümhuriyyətindən olan şairlər, o cümlədən başqırd, çuvaş, uyğur, tatar, qaqauz şairlərin, bir sözlə, böyük Türk dünyasını təmsil edən söz sənətkarlarının zəlzələ qurbanlarına həsr etdikləri poetik əsərləri yer alıb.

Sonra Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev təqdim olunan kitabın hazırlanması və bu layihənin əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edərək ərsəyə gətirilən işin tarixi-mənəvi əhəmiyyətindən bəhs edib.

Tarixdə baş verən oxşar təbiət hadisələri barədə düşüncələrini iştirakçılarla paylaşan "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan Əli Bəy Hüseynzadənin 1939-cu ildə Ərzincanda baş verən zəlzələ haqqında yazdığı "Zəlzələ dolayısı" şeiri haqqında danışıb. O, azərbaycanlı fikir adamlarının heç vaxt Türkiyənin dərdlərinə biganə qalmadığını, daim qardaş xalqın kədərini öz kədəri, sevincini öz sevinci kimi hiss etdiyini deyib.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn həmin dəhşətli zəlzələ barədə kitabda yer alan şeirləri təhlil edərək zəlzələnin məşhur qəhrəmanlarına çevrilmiş bir sıra konkret şəxslərə ünvanlanan poetik əsərlər barədə fikirlərini bölüşüb. Fərid Hüseyn zəlzələdə atasını itirən 12 yaşlı Cəmilə adlı qıza həsr etdiyi "Dünyanın ən uzun otuz saatı" adlı şeirinin yaranma tarixçəsindən söz açıb.

Tanınmış şair Qismət Rüstəmov isə "Ədəbiyyat və faciə" mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə tanınmış qiraətçilər Hüseynağa Aslanov və Jalə Novruz kitabda yer alan şeirlərdən parçalar səsləndiriblər.

Sonda Türk Mədəniyyəti və İrsi Fondu adından türkiyəli oxuculara "Səninləyik, Türkiyə" kitabı hədiyyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri