İstanbulda TDT enerji nazirlərinin 5 ci iclası keçiriləcək
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 9 və 10-da İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 5-ci iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, toplantı Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin ev sahibliyi ilə baş tutacaq.
Nazirlikdən verilən məlumata görə, toplantı çərçivəsində nazirlərin ikitərəfli görüşləri keçiriləcək, mövcud və potensial əməkdaşlıqlar müzakirə olunacaq. İclasda TDT katibliyi ilə yanaşı təşkilata üzv və müşahidəçi ölkələrin rəsmiləri iştirak edəcəklər.
İki gün davam edəcək görüşlər çərçivəsində texniki səviyyədə Enerji İşçi Qrupu Toplantısı və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın ev sahibliyində nazirlərin toplantısı təşkil olunacaq.
Görüşdə bərpaolunan enerji mənbələri, neft və təbii qaz, nüvə enerjisinin sülh məqsədli istifadəsi, ağıllı şəbəkələr, enerji saxlanması, hidrogen və karbon tutma texnologiyaları, kritik minerallar və nadir torpaq elementləri kimi enerjinin bütün sahələri üzrə fikir mübadiləsi və dəyərləndirmələr aparılacaq. İclasda həmçinin Türk dövlətlərinin enerji əməkdaşlığının inkişaf etdirilməsi üçün atılması zəruri olan addımlar müzakirə ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 08 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















