İstanbulda Türkiyə ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafı müzakirə olunub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbul, 26 sentyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkəsində səfərdə olan Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, İstanbulda baş tutan görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi müzakirə olunub.
Tərəflər mədəni irsin mühafizəsi, incəsənət, elmi-tədqiqat və mədəni turizmin təşviqi sahələrində birgə layihələri dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Nazir Tinatin Ruxadze Ankarada keçiriləcək Gürcüstan Mədəniyyət Günlərinin xüsusi əhəmiyyətini vurğulayıb.
İki ölkə arasında əldə edilən razılaşmaya əsasən, gələcək layihələrin icrası üçün cari ilin noyabr-dekabr aylarında Tiflisdə işçi qrupların görüşləri nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 26 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















