Icma.az
close
up
RU
İstanbulda Ukrayna məsələsində elə detallar müzakirə olunub ki... AÇIQLAMA

İstanbulda Ukrayna məsələsində elə detallar müzakirə olunub ki... AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus ötən gün keçirdiyi birifinqdə bildirib ki, Rusiya Federasiyası ilə ABŞ arasında İstanbulda keçirilən görüş iki ölkənin diplomatik nümayəndəliklərinin işinə həsr olunub. Onun sözlərinə görə, Ukrayna böhranı və əməkdaşlığın genişləndirilməsi məsələləri qaldırılmayıb.

ABŞ və Rusiya nümayəndələrinin 6 saat çəkən görüşündə Ukrayna məsələsinin müzakirə olunmaması mümkündürmü? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, bu tip informasiyanın yayılması inandırıcı deyil:

"ABŞ və Rusiya arasındakı əsas münasibətlərin pozulma nöqtəsi bu günə qədər Ukrayna məsələsi olub. Onlar arasında danışıqların getdiyini, amma Ukrayna məsələsinin müzakirə edilmədiyinin deyilməsi inandırıcı deyil. Düşünürəm ki, Ukrayna məsələsində elə detallar müzakirə olunub ki, onların tam olaraq açıqlanması uyğun görülmür. Amma hər vəziyyətdə həmin detalların nəticə əldə olunana qədər gizlədilməsini düşünürlər. Ukraynanın reaksiyasına görə də bunu edə bilərlər".

Politoloq qeyd etdi ki, Amerikanın Rusiya üzərində ciddi sanksiyaları var.

"O sanksiyaları aradan qaldırmaq niyyətində deyillər. Hətta artırırlar. Rusiyanın istiqamətinin Amerikaya yönləndirilməsi, Çindən uzaqlaşdırılması məqsədi var. Trampın açıqlamaları əslində hər şeyi bizə demiş olur. Bu baxımdan düşünürəm ki, tək Ukrayna məsələsi yox, həm də ikili münasibətlər də müzakirə oluna bilər", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri