Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

İstedad öz sözünü deyəndə...

İstedad öz sözünü deyəndə...

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şair haqqında yazmaq üçün təkcə onun yazdıqlarını oxumaq kifayət etmir. Bəzən bir misra oxucunu düşündürür və həmin duyğuları başqaları ilə bölüşmək istəyinə səbəb olur. Tural Balabəylinin son şeirlərini oxudum. Bir daha əmin oldum ki, Tural artıq sadəcə şeir yazan bir gənc deyil. O, özünəməxsus duyumu, poetik baxışı və səmimi qələmi ilə diqqət çəkən gənc şairlərdəndir.

Tural dostum Faiq Balabəylinin oğludur. Onun ilk şeirlərini də elə bu doğmalığın, dostluq münasibətinin gətirdiyi hisslərlə oxumuşdum. İlk vaxtlar düşüncəm sadəcə gənc bir qələm sahibinə dəstək olmaq, onu ruhlandırmaq idi. Amma zaman keçdikcə bu münasibət dəyişdi. Artıq onun şeirlərini kiminsə xətrinə deyil, yaratdığı duyğuya görə oxumağa başladım.

Çünki yaxşı şeir oxucusunu özü tapır. O, insanda bir hiss oyadır, yadda qalır və yenidən həmin misralara qayıtmaq istəyi yaradır. Turalın bəzi şeirlərində mən məhz bu təsiri hiss etdim.

Şeir var ki, müəllifindən əvvəl oxucunun qəlbinə yol tapır. Sanki səssizcə deyir: "Məni oxu". Turalın yaradıcılığı haqqında düşünəndə məndə yaranan ilk təəssürat da bu oldu.

Onun poeziyasında diqqət çəkən əsas xüsusiyyət səmimiyyətdir. Tural mürəkkəb ifadələrin, süni bənzətmələrin arxasında gizlənmir. O, hisslərini olduğu kimi təqdim edir. Bəzən bir neçə misra ilə böyük bir duyğunu, insanın daxili vəziyyətini ifadə edə bilir.

"Məndən olsaydı..." şeirində yazır:

"Çünki gecikən ayrılıqlar

sevgini yox,

adamı öldürür".

Bu misralarda sadəcə ayrılıq ağrısı yoxdur. Burada insanın gecikmiş qərarları, içində böyütdüyü ağrılar və zamanla yorulan ruhu haqqında düşüncə var. Müəllif uzun izahlara ehtiyac duymur. Bir neçə sözlə böyük bir hiss yaradır.

Başqa bir misrada isə sevginin və insan münasibətlərinin incə tərəfini göstərir:

"İnsan hər dəfə bağışlayanda

bir az da uzaqlaşır".

Bu, sadəcə sevgi haqqında deyil, insan xarakteri haqqında müşahidədir. Belə misralar həyatı diqqətlə izləyən və insanları anlamağa çalışan qələmdən doğur.

Turalın şeirlərində məni təsirləndirən başqa bir cəhət də daxili sükutu ifadə edə bilməsidir:

"Bəzi insanlar üçün

ən ağır cəza

tərk edilmək deyil...

Bir daha heç vaxt

xatırlanmamaqdır".

Bu misralarda böyük bir səssizlik var. Burada nə hayqırtı, nə də süni dramatizm görünür. Sadəcə insanın içində yaşadığı bir ağrı var. Yaxşı poeziyanın gücü də elə bundadır. Səsini yüksəltmədən oxucunun daxilində böyük bir duyğu yaratmaq.

Turalın yaradıcılığı yalnız şəxsi hisslərlə məhdudlaşmır. Onun "Şuşa" şeiri göstərir ki, müəllif milli yaddaşa da həssas yanaşır.

Şuşa onun poeziyasında sadəcə bir məkan deyil. O, tariximizin, musiqimizin, poeziyamızın və milli ruhumuzun simvoluna çevrilir. Burada Vaqif də var, Natəvan da, Üzeyir Hacıbəyli də, muğam da, Xarıbülbül də...

Tural tarixi sadəcə sadalamaqla kifayətlənmir, onu poetik obrazlara çevirir. Şuşanı bir duyğu, bir yaddaş və bir qürur mənbəyi kimi təqdim edir.

Əlbəttə, Tural yaradıcılıq yolunun hələ başlanğıcındadır. Qarşıda onu çoxlu oxu, axtarış, yeni təcrübələr və daha böyük yaradıcılıq imkanları gözləyir. Amma istedadın əsas xüsusiyyəti odur ki, özünü ilk addımlardan hiss etdirir. Onun şeirlərində də bu işıq görünür.

Şeir yalnız sözlərin düzülüşü deyil. Şeir hissin, düşüncənin və həyat müşahidəsinin birliyidir. Turalın son şeirlərini oxuyarkən hiss etdim ki, o, artıq yalnız yaşanan hadisələri deyil, insanın daxilində baş verənləri yazmağa başlayıb. Poeziyada ən çətin və ən qiymətli mərhələlərdən biri də budur.

Şairi fərqləndirən yalnız gözəl misralar deyil. Əsas məsələ oxucunu inandıra bilməkdir. Turalın şeirlərində bu səmimiyyət və inandırıcılıq var. O, hiss etmədiyini yazmır, yazdığını isə oxucuya hiss etdirə bilir.

Ədəbiyyatda yadda qalan şairlər öz səsinə sahib olanlardır. Onlar başqalarını təkrarlamaq yox, öz daxili dünyalarını ifadə etmək yolu ilə tanınırlar. İnanıram ki, Tural Balabəyli də bu yolda inamla irəliləyəcək. Daha çox oxuyacaq, daha çox düşünəcək, yaşadıqlarını və duyduqlarını sözə çevirəcək.

Çünki yaxşı şeir sadəcə yazılmır, yaşanır.

Mən Turalın ilk şeirlərini dostumun xətrinə oxumuşdum. Bu yazını isə onun son şeirlərini oxuduqdan sonra, artıq şeirin öz yaratdığı təsirlə yazıram.

Bu dəfə dostumun oğluna görə deyil, şeirin özünə görə qələmə aldım.

Çünki bəzən şeir müəllifini tanıdır, bəzən isə müəllifini oxucuya sevdirir.

Mən inanıram ki, Tural Balabəyli öz poetik səsini tapmaq yolunda addımlayan istedadlı gənc şairlərdəndir. Onun qələminin gələcəyinə inamım var. Çünki həqiqi istedad özünü göstərmək üçün səs-küyə ehtiyac duymur.

Bir gün öz dili ilə özü haqqında danışır.

Şərafəddin İLKİN,
Şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri