Icma.az
close
up
RU
İstehlakçı öz hüquqlarını qorumaq məqsədilə müvafiq addımlar atmalıdır AİB sədri DANIŞDI

İstehlakçı öz hüquqlarını qorumaq məqsədilə müvafiq addımlar atmalıdır AİB sədri DANIŞDI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Son 8 il ərzində ölkədə fəaliyyət göstərən müasir supermarketlərdə yeni nəsil texnologiyaların tətbiqi geniş vüsət almışdır. Lakin bu proseslə paralel olaraq bəzi hallarda istehlakçı hüquqlarının pozulması halları da müşahidə olunur. Belə ki, rəflərdə təqdim edilən qiymətlərin alıcını cəlb edəcək səviyyədə aşağı göstərilməsi, lakin kassada həmin məhsulun daha yüksək məbləğlə hesablanması bu hüquqların pozulmasının açıq göstəricisidir. İstehlakçı irad bildirdikdə isə, çox zaman ona bunun "unudulduğu" və ya "texniki səhv" olduğu bildirilir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bu cür hallar təkcə rəf və kassa qiymətləri arasındakı uyğunsuzluqla məhdudlaşmır: "Bəzən istehlakçılar kassada aldıqları məhsul əvəzinə daha bahalı məhsulun qiymətini ödədiklərini müşahidə edirlər. Belə hallarda istehlakçı öz hüquqlarını qorumaq məqsədilə müvafiq addımlar atmalıdır: məhsulun rəfdəki qiymətinin şəklini çəkməli, kassa çekini saxlamalı, hər iki sənədi sənədləşdirərək fotoşəkil formasında qeyd etməlidir. Qanunvericiliyə əsasən, istehlakçı məhsulun üzərində göstərilən qiymətə uyğun olaraq ödəniş etmək hüququna malikdir.

Əgər bu cür uyğunsuzluq aradan qaldırılmırsa, istehlakçı məsələni Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim etməlidir. Lakin təəssüf ki, həmin qurumla istehlakçılar arasında kommunikasiya imkanları kifayət qədər zəifdir. Vətəndaşların şikayətini ünvanlaması üçün çox zaman mürəkkəb və vaxt aparan prosedurlar tələb olunur. Bu səbəbdən, aidiyyəti qurumlar istehlakçılarla birbaşa, sürətli və şəffaf kommunikasiya imkanlarını təkmilləşdirməli, onların əlçatanlığını təmin etməlidirlər".

Sədr qeyd edib ki, bir çox ölkələrdə, o cümlədən MDB məkanında fəaliyyət göstərən marketlərdə istehlakçı guşələri mövcuddur: "Bu guşələr vətəndaşların hüquqlarını yerindəcə müdafiə etməsinə, şikayət və təkliflərini rahat şəkildə bildirməsinə şərait yaradır. Azərbaycan da bu təcrübədən faydalanaraq iri ticarət obyektlərində istehlakçı guşələrinin yaradılmasını təşviq etməlidir. Bu, həm istehlakçı hüquqlarının qorunmasına, həm də ticarət sahəsində şəffaflığın və etimadın artırılmasına xidmət edəcəkdir.Son 8 il ərzində ölkədə fəaliyyət göstərən müasir supermarketlərdə yeni nəsil texnologiyaların tətbiqi geniş vüsət almışdır. Lakin bu proseslə paralel olaraq bəzi hallarda istehlakçı hüquqlarının pozulması halları da müşahidə olunur. Belə ki, rəflərdə təqdim edilən qiymətlərin alıcını cəlb edəcək səviyyədə aşağı göstərilməsi, lakin kassada həmin məhsulun daha yüksək məbləğlə hesablanması bu hüquqların pozulmasının açıq göstəricisidir. İstehlakçı irad bildirdikdə isə, çox zaman ona bunun "unudulduğu" və ya "texniki səhv" olduğu bildirilir.

Bu cür hallar təkcə rəf və kassa qiymətləri arasındakı uyğunsuzluqla məhdudlaşmır. Bəzən istehlakçılar kassada aldıqları məhsul əvəzinə daha bahalı məhsulun qiymətini ödədiklərini müşahidə edirlər. Belə hallarda istehlakçı öz hüquqlarını qorumaq məqsədilə müvafiq addımlar atmalıdır: məhsulun rəfdəki qiymətinin şəklini çəkməli, kassa çekini saxlamalı, hər iki sənədi sənədləşdirərək fotoşəkil formasında qeyd etməlidir. Qanunvericiliyə əsasən, istehlakçı məhsulun üzərində göstərilən qiymətə uyğun olaraq ödəniş etmək hüququna malikdir.

Əgər bu cür uyğunsuzluq aradan qaldırılmırsa, istehlakçı məsələni Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim etməlidir. Lakin təəssüf ki, həmin qurumla istehlakçılar arasında kommunikasiya imkanları kifayət qədər zəifdir. Vətəndaşların şikayətini ünvanlaması üçün çox zaman mürəkkəb və vaxt aparan prosedurlar tələb olunur. Bu səbəbdən, aidiyyəti qurumlar istehlakçılarla birbaşa, sürətli və şəffaf kommunikasiya imkanlarını təkmilləşdirməli, onların əlçatanlığını təmin etməlidirlər.

Qeyd etmək lazımdır ki, bir çox ölkələrdə, o cümlədən MDB məkanında fəaliyyət göstərən marketlərdə istehlakçı guşələri mövcuddur. Bu guşələr vətəndaşların hüquqlarını yerindəcə müdafiə etməsinə, şikayət və təkliflərini rahat şəkildə bildirməsinə şərait yaradır. Azərbaycan da bu təcrübədən faydalanaraq iri ticarət obyektlərində istehlakçı guşələrinin yaradılmasını təşviq etməlidir. Bu, həm istehlakçı hüquqlarının qorunmasına, həm də ticarət sahəsində şəffaflığın və etimadın artırılmasına xidmət edəcəkdir"- deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri