İstehlakçılara geri qaytarılan ƏDV nin həcmi açıqlandı
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 369 min manat olub.
Əlavə olaraq, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Belə ki, bu ilin yanvar-mart aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 101,5 milyon manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.
Baxış sayı:142
Bu xəbər 18 Aprel 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















