“İstənilən ağılsız addıma cavab veriləcək“ NATO dan Putinə sərt mesaj
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
NATO-nun baş katibi Mark Rütte bildirib ki, alyans ölkələri 7-8 iyulda Ankarada keçiriləcək sammitdə müdafiə sənayesi sahəsində on milyardlarla dollar dəyərində yeni müqavilələr imzalayacaqlar.
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
Onun sözlərinə görə, bu, Rusiya prezidenti Vladimir Putinə aydın mesaj olacaq ki, NATO alyansa qarşı atılacaq istənilən "ağılsız addıma" cavab verməyə hazırdır.
Rütte vurğulayıb ki, Putin NATO-nun öhdəliklərindən deyil, həmin öhdəliklərin yerinə yetirilməsindən ehtiyat edir.
O, həmçinin alyansın müdafiə istehsalı sahəsində üstünlüyə malik olduğunu deyərək, "Rusiyaya göstəririk ki, nə etdiklərini bilirik və bunu onlardan daha yaxşı bacarırıq", - deyə bildirib.
Baş katib əlavə edib ki, sammitdə NATO ölkələri müdafiə xərclərini artırmaq öhdəliyini bir daha təsdiqləyəcək, çoxsaylı yeni müdafiə müqavilələri imzalanacaq və Ukraynaya dəstək bir daha təsdiqlənəcək.
Bundan əlavə, sammitin yekun bəyannaməsində Rusiyanın uzunmüddətli təhlükə olduğu yenidən vurğulanacaq və Ukraynaya bu il üçün 70 milyard avro həcmində hərbi yardım ayrılması öhdəliyi təsdiqlənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 26 İyun 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















