İbrahim İsmayılov müavin təyin olundu
Icma.az, Moderator.az saytına istinadən bildirir.
“Caspian Engineering Group”un baş direktoruna yeni müavin təyin olunub.
İbrahim İsmayılov “Caspian Engineering Group” şirkətində baş direktorun müavini – əməliyyatlar üzrə direktor vəzifəsinə təyin olunub.
O, bundan əvvəl 2026-cı ilin fevralından noyabr ayınadək eyni şirkətdə əməliyyatlar üzrə menecer, 2024-cü ilin mayından 2026-cı ilin fevralınadək isə yarımştat əsaslarla SƏTƏM meneceri vəzifəsində çalışıb.
O, 2023-cü ilin yanvarından 2026-cı ilin fevralınadək “Facility Management Group”da baş qrup rəhbəri, 2017-ci ilin dekabrından 2026-cı ilin fevralınadək isə həmin şirkətdə baş təhlükəsizlik mütəxəssisi olub. Profilində qeyd olunan məlumata görə, o, 2023-cü ilin martınadək PMD Hospitality şirkətlər qrupuna daxil olan hotellərin təhlükəsizlik işlərini idarə edib.
İbrahim İsmayılov 2016-cı ilin mayından 2026-cı ilin fevralınadək “PMD Group” və “Shamakhi Palace Sharadil Hotel”də təhlükəsizlik üzrə menecer vəzifəsində fəaliyyət göstərib.
Bundan əvvəl, 2013-cü ildən 2016-cı ilin mayınadək “PAŞA Holding”də təhlükəsizlik üzrə menecer köməkçisi, 2009-cu ilin sentyabrından 2012-ci ilin sentyabrınadək isə həmin holdinqdə təhlükəsizlik sahəsində çalışıb. /Yurd.Media/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Noyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















