Icma.az
close
up
RU
“İstəyərdim ki, yubiley ərəfəsində həbsdə olan jurnalistlərin işlərinə təkrar baxılsın” SABİQ DEPUTAT

“İstəyərdim ki, yubiley ərəfəsində həbsdə olan jurnalistlərin işlərinə təkrar baxılsın” SABİQ DEPUTAT

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bir vaxt deyirdilər ki, milləti millət edən mətbautdır. Sonrakı illərdə ayrı-ayrı şəxslərin, zümrələrin qəzetləri həm də cəmiyyəti bölməyə, üz-üzə qoymağa xidmət elədi. Bununla belə, ardıcıllıqla yolunu davam etdirən qəzetlər var. Özündə güc tapan qəzetlər çıxır. Rəsmi dövlət qəzetləri də inkişaf edib. Mətbuat cildini dəyişir. Mətbuat da demirlər, media deyirlər”.

Bunu Gununsesi.info-ya açıqlamasında sabiq deputat, Xalq şairi, o cümlədən keçmiş Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı bildirib:

O, vurğulayıb ki, köhnə dövrün qəzet-jurnalları tam axıra qədər indiki əlifbaya çevrilərək oxucalara çatdırılmayıb:

“Əkinçi” qəzeti mətbuatımızın köküdür. Mətbuatımızın babası “Əkinçi” qəzetidir. Bu qəzetlə mətbuatımızın milli, demokratik ənənəsi başlanır. O, sadə insanları oyadan, öz haqqı uğrunda mübarizə aparmağa çağıran, milli kimliyini anladan, kənd həyatı və təsərrüfatı barədə maraqlı məlumatlar verən bir qəzet idi. Azərbaycanın fikir tarixində və milli taleyimizdə inqilabi bir hadisə idi. Ona görə də rejim onu uzun müddət yaşatmadı. Ancaq onun açdığı yol unudulmadı. Özəlliklə 20-ci yüzilliyin əvvəllərində “Molla Nəsrəddin” məktəbi yarandı, satirik jurnal ictimai şüuru silkələdi, bütün Şərq mətbuat aləminə böyük təsir göstərdi. Daha sonra “Füyuzat” dərgisi başqa bir məktəb yaratdı. Lakin az sonra dərgi təzyiqlərə görə fəaliyyətini dayandırdı. Hər ikisi həqiqət yolunu tutmuşdu. “Füyuzat” Türk dünyasının böyük tarixini, dəyərlərini təbliğ edirdi. Əli bəy Hüseynzadənin bizə bəlli olan böyük ideallarının güzgüsü idi. Təəssüf ki, cəmi bir il yaşadı. Təsisçisi olan Tağıyevin tapşırığı ilə bağlandı. Bundan sonra isə, sayını bilmədiyimiz qəzetlər, jurnallar çıxdı. Bu, mətbuatda böyük sıçrayış idi. 1918-ci ildə qurulan Demokratik Respublikanın siyasi-ictimai təməllərini hazırlayan həmin mətbuatımız, o qəzet və jurnallar oldu. Hələ də o dövrün qəzet-jurnalları tam axıra qədər indiki əlifbaya çevrilərək oxucalara çatdırılmayıb. Onlar xəzinədir, qorunmalıdır. Xalq cümhuriyyəti dövründə də məlumdur, “Azərbaycan”qəzeti böyük iş gördü. ADA universiteti bu qəzetin bütün materiallarını çap edir. Mənim əlimdə 10 cildi var, hələ iş davam edir. Bu, mətbuat tarıximizi, 1918-1920 – illər arasında Azərbaycanda və dünyada gedən prosesləri öyrənmək baxımından son dərəcə önəmli bir xidmətdir”.

Sabir Rüstəmxanlı həmçinin deyib:

“30-cu illər repressiya dövrü-millətin səsini boğmaq, danışan dilləri kəsmək dövrü idi. Ona görə də mətbuat orqanları Stalin ideologiyasını təbliğ edən maşınlara çevrildilər. Xruşov dövründə nisbətən yumşalma başladı. 1988-ci ildə başlanan Milli Azadlıq Hərəkatının təməlində də dayanan söz idi. Çətin şəraitdə də olsa, millətin istəklərini, ideallarını dilə gətirən qəzetlər yarandı. Bu gün qürurla deyirəm ki, müstəqil, demokratik, milli mətbutın ilk qaranquşu mənim buraxdığım “Azərbaycan” qəzeti idi. Onun ardınca başqa müstəqil qəzetlərimiz də yarandı.. Yarım milyon tirajla çıxan “Azərbaycan” qəzetini xalq acgözlüklə oxuyurdu. Hərəkatın başında da qələm sahibləri , yazıçılar və alimlər dayanırdılar. Tezliklə Xalq hərəkatı Milli Azadlıq Hərəkatına çevrildi, təşkilatlandı, siyasi partiyalar yarandı. Yəni, mətbuatın bu işlərdə rolu böyükdür. Mən də o illərdə Mətbuat və İnformasiya naziri oldum. İdeya, fikir bu idi ki, müstəqil ölkənin ciddi bir informasiya bazası olmalıdır. Çünki bu, çox ciddi sahədir. Təəssüf ki, bir qədər sonra nazirlik ləğv edildi, nazirliyə bağlı olan bəzi sahələr dövlətin diqqətindən kənarda qaldı. Özəl mətbuatın yaranması normal bir olaydır, lakin sonra kapitalist qanunlarına uyğun dəyişildi mənzərə. Ədalətli, xalqa lazım sözü olanlar yox, pulu olanlar çoxaldı mətbuat sahəsində. Kimin imkanı varsa, qəzetini qoruyur, qalanları da dövlətin yardımı ilə ayaqda qalır. Əlbəttə, bu da lazımdır, dövlət mətbuata dəstək verməlidir, amma kitab işi tamamilə kənarda qalıb. Müəlliflərə qonorar vermək imkanı yoxdur. Halbuki bu sahədə köhnə ənənələri qorumaq olardı. Məncə, hələ də gec deyil”.

Rüstəmxanlı deyir ki, ən böyük problemimiz televiziyalardır:

“Artıq internet, sosial media qəzetlərin və televiziyaların meydanını daraldır. Sosial media ciddi mətbuatın təsiri altında müəyyən əxlaqi dəyərlərə yiyələnməkdənsə, televiziya, mətbaut sosial medianın təsiri altına düşür. Məncə, ən böyük problemimiz televiziyalardır. Təsir gücü çoxdur. Televiziyalardakı dil, insanların danışığı, geyimi, bitib tükənməyən bayağı çal-çağır topluma mənfi təsir edir. Dəfələrlə deyilir, xeyri yoxdur. Aparıcı deyilən adamların bir qismi özünü apara bilmir. Televiziyalarımızın milli, ideoloji səviyyəsi aşağıdır. Böyük musiqi ənənələrimiz qalır bir kənarda, daha çox toy məclislərinin səviyyəsinə enirlər. Elə ədəbiyyat sahəsi də belədir. Dəxli olmayan adamlar və mətnlərlə dolub sosial media. Sərbəstlik sərməstliyə çevrilməli deyil. Millətin əxlaqını, tarixini, bu gününü, böyük mənəvi dəyərlərini kölgə altına salmaq olmaz. Bütün bunlara baxmayaraq, şübhəsiz, Azərbaycan mətbuatı böyük bir yol keçib. Müxtəlif üslüblar yaranıb. İstedadlı jurnalistlərimiz var. Siyasi-ictimai təhlillərlə çıxış edən böyük bir dəstə yaranıb. Yəni, inkaredilməz bir inkişaf var. Mətbuata qayğı, jurnalistlərə tikilən evlər…Bunlar ciddi işlərdir.
Əlbəttə, mən mətbuat polemikanın, ədalətli tənqidin tərəfdarıyam, lakin müəyyən qüvvələrin təsiri ilə görülən işlərə kölgə salan, qərəzli yazılrı əsl jurnalistə yaraşdırmıram”.

O, son olaraq bunları deyib:

“Çox istərdim ki, yubiley ərəfəsində həbs olunan jurnalistlərin işinə bir də baxılsın. Ciddi qüsuru olmayan, əməlində cinayət tərkibi araşdırılan və hələ tam təsdiq olunmamış jurnalistlər həbsdə qalmasınlar. Tənqidə səbrli yanaşaq. Təbii ki, təhqir və böhtan olmayan tənqidə. Tənqidin də cavabı verilsin. Sözlə. Daimi dialoq getsin. Bu, yeni ruh gətirir. Həm dövlətə, həm də cəmiyyətə. Mətbuat elə bundan ötrüdür. Yoxsa, ancaq bir mövqedən danışılsa inkişaf dayanar. Bir sıra nəşrlərimiz var, məsələn, AYB-nin nəznində olan “Ədəbiyyat qəzeti”, “Ulduz”, “Azərbaycan”, “Qobustan” jurnalları-çox sevinirəm ki, onlar müstəqillik dövründə sabit bir şəkildə, dövlətin qayğısı ilə çap olunur. Bunlar ədəbiyyatımızın inkişafı baxımından son dərəcə əhəmiyyətlidir. Fürsətdən istifadə edib, bütün mətbuat işçilərini, jurnalistləri təbrik edir, onlara məsuliyyətli işlərində uğurlar arzu edirəm”.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri