Icma.az
close
up
RU
“İstəyirsiniz ki, “Rusiya düşməndir” deyim?”

“İstəyirsiniz ki, “Rusiya düşməndir” deyim?”

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın baş nazirinin ilginc açıqlamaları, Türkiyə müxalifətindən şok Abxaziya çağırışı və Rusiyanın mövqeyi...

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin son açıqlamaları Tiflislə Moskva arasındakı münasibətlərdə mövcud ziddiyyətləri bir daha gündəmə gətirib.

Hurriyyet.Media  “Qruzia-online”yə istinadla xəbər verir ki, Kobaxidze jurnalistlərlə söhbətində Rusiyanı Gürcüstanın ərazilərini işğal edən tərəf kimi təqdim edib. 

Baş nazirə verilən suallardan biri onun Rusiya ilə bağlı mövqeyinin nə dərəcədə sərt olduğu ilə əlaqəli olub. Kobaxidze isə jurnalistə cavabında diqqətçəkən ifadə işlədib: “İstəyirsiniz ki, "Rusiya düşməndir" deyim?”


Onun sözlərinə görə, belə bir bəyanat sadəcə siyasi ritorika deyil, ardınca konkret addımların atılmasını tələb edən siyasi mövqedir. Kobaxidze bunun 2008-ci il hadisələri ərəfəsində Gürcüstanın keçmiş hakimiyyətinin atdığı addımlarla müqayisə edilə biləcəyini bildirib.

Kobaxidze eyni zamanda Rusiyanın Gürcüstan ərazisinin təxminən 20 faizini işğal etdiyini bir daha səsləndirib. Onun fikrincə, bu məsələ ilə bağlı Tiflisin mövqeyi dəyişməyib və Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması Gürcüstan üçün qəbuledilməz olaraq qalır.

Baş nazirin açıqlamalarında diqqət çəkən məqam isə 2008-ci il müharibəsinə yanaşmasıdır. Kobaxidze münaqişənin genişmiqyaslı hərbi mərhələyə keçməsinin səbəbləri barədə Avropa Şurasının müvafiq sənədinə istinad edib. O, keçmiş hakimiyyətin həmin dövrdə atdığı addımların münaqişənin eskalasiyasına gətirib çıxardığını müdafiə edib.

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin isə Tiflisi ilə praqmatik əlaqələrin genişləndirilməsinə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Gürcüstanın inkişafının təminatı Rusiya ilə qarşıdurmada deyil, əməkdaşlıqdadır.

Qaluzin Rusiya ilə Gürcüstan arasında hazırda siyasi təmasların olmadığını, bunun səbəbinin isə rəsmi Tiflisin belə dialoqa hazır olmaması olduğunu deyib. Bununla yanaşı, diplomat iki ölkə arasında ticarət və turizm əlaqələrinin inkişaf etdiyini xüsusi vurğulayıb.

Rusiyanın təqdim etdiyi rəqəmlərə görə, Gürcüstana gələn hər dörd turistdən biri Rusiyadan gedir. Eyni zamanda Rusiya bazarı Gürcüstanın əsas ixrac istiqamətlərindən biri olaraq qalır.

Kobaxidzenin açıqlamaları Türkiyədə Abxaziya ilə bağlı yeni təşəbbüsün ortaya çıxdığı bir vaxta təsadüf edir.


Türkiyənin müxalifət 10 siyasi partiyasından olan deputatlar Ankaranı Abxaziya pasportlarını tanımağa, respublika ilə birbaşa dəniz və hava əlaqələrinin yaradılmasına çağırıblar.

Təşəbbüsün müəllifləri Abxaziyanın beynəlxalq təcridinin aradan qaldırılmasını tələb edir və bunu Türkiyədə yaşayan böyük abxaz diasporunun tarixi və qohumluq əlaqələri ilə əsaslandırırlar.

Təkliflər arasında Abxaziya ilə bərə əlaqəsinin yaradılması, birbaşa aviareyslərin açılması və Abxaziya vətəndaşlarının pasportlarının tanınması da var.

Ancaq bu təşəbbüs hələ Türkiyə dövlətinin rəsmi qərarı demək deyil. Ankara uzun illərdir Gürcüstanın ərazi bütövlüyünü tanıyır və Abxaziyanın müstəqilliyini qəbul etmir. Buna görə də deputatların çağırışının hökumətin xarici siyasətinə çevrilib-çevrilməyəcəyi əsas sual olaraq qalır.

Abxaziyada Türkiyədən gələn bu təşəbbüsə müəyyən nikbinliklə yanaşılsa da, məsələyə münasibət birmənalı deyil. Abxaziyanın bəzi ictimai və siyasi dairələri Türkiyə ilə əlaqələrin genişləndirilməsini müsbət qiymətləndirir. Digər qüvvələr isə bunun Rusiya ilə münasibətlərə mənfi təsir göstərə biləcəyindən ehtiyat edir.

Gürcüstan üçün isə belə təşəbbüs daha həssas məsələdir. Çünki Ankara Abxaziyanın siyasi statusunu dəyişməsə belə, birbaşa nəqliyyat əlaqələrinin yaradılması və Abxaziya sənədlərinin tanınması Tiflisin illərdir müdafiə etdiyi siyasətə ciddi zərbə kimi qiymətləndirilə bilər.

Bu səbəbdən Türkiyənin rəsmi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Əgər Ankara yalnız humanitar və iqtisadi əlaqələrin genişləndirilməsinə gedərsə, bu, Gürcüstanla münasibətləri tam şəkildə pozmaya bilər. Lakin Abxaziya pasportlarının rəsmi tanınması artıq tamam başqa siyasi nəticələr yarada bilər.

Məsələnin digər mühüm tərəfi Abxaziyanın Rusiya ilə münasibətləridir. Suxuminin iqtisadi, təhlükəsizlik və hərbi baxımdan Rusiyadan ciddi asılılığı Türkiyənin mümkün addımlarının Moskvanın reaksiyasını nəzərə almadan həyata keçirilməsini çətinləşdirir.

Bu baxımdan Türkiyədəki deputatların təşəbbüsü təkcə Ankara-Suxumi münasibətləri çərçivəsində qiymətləndirilə bilməz. Burada Gürcüstan, Rusiya və ümumilikdə Cənubi Qafqazdakı geosiyasi balans məsələsi də var.

Bir tərəfdə Tiflisi Rusiyanı öz ərazilərinin işğalında ittiham edir və Kobaxidze “Rusiya düşməndir” ifadəsinin siyasi nəticələrindən danışır. Digər tərəfdə isə Moskva Gürcüstanla “praqmatik əlaqələri” genişləndirməyə hazır olduğunu bildirir. Eyni vaxtda Türkiyədə Abxaziya ilə birbaşa əlaqələrin yaradılması barədə çağırışlar səslənir. Beləliklə, Cənubi Qafqazda köhnə münaqişələrin ətrafında yeni diplomatik dinamika formalaşır. Gürcüstan Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı mövqeyinə qarşı çıxır, Moskva Tiflis ilə iqtisadi və humanitar əlaqələri ön plana çəkir, Türkiyədə isə Abxaziya ilə münasibətlərin yeni səviyyəyə qaldırılması təklif olunur. Bu proseslərin hansı istiqamətə gedəcəyini isə yalnız Ankara və Tiflisin qərarları müəyyən etməyəcək. Abxaziyanın Rusiya ilə sıx bağlılığı nəzərə alınarsa, istənilən ciddi dəyişiklikdə Moskvanın mövqeyi əsas faktor olaraq qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Avqust 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri