Icma.az
close
up
RU
İsti hava dalğaları şiddətlənir: Temperatur daha da yüksələcək

İsti hava dalğaları şiddətlənir: Temperatur daha da yüksələcək

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Bu il dünya üzrə müşahidə olunan isti hava dalğaları bir sıra ölkələrdə istilik rekordlarını alt-üst edib. İyun ayında milyonlarla insan 40 dərəcəni keçən istilərdə əziyyət çəkərkən, iyulun əvvəlində Avropa “ilin bu dövrü üçün qeyri-adi” hesab edilən istilərlə üz-üzə qaldı.

Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, isti hava dalğalarının daha da şiddətlənməsinin əsas səbəbi iqlim dəyişikliyidir.

Bu dəyişikliklər təkcə istilikləri artırmaqla qalmır, həm də sel, quraqlıq və meşə yanğınları kimi ekstremal hava hadisələrinin sayını artırır.


“Dünya Hava Hadisələri Qrupu”nun (WWA) məlumatına görə, bu ilin martında Orta Asiyada qeydə alınan isti hava dalğası normadan 4 dərəcə daha yüksək olub. Alimlər bildirir ki, fosil yanacaqların – kömür, neft və qazın səbəb olduğu istixana qazları atmosferdə istiliyi artıraraq, qlobal temperaturu “naməlum sərhədlərə” çatdıra bilər.


Hazırda atmosferə buraxılan enerjinin 90 faizi okeanlar tərəfindən udulsa da, artıq onların da bu istiliyi saxlamaq imkanlarının tükəndiyi bildirilir. Okean səthinin temperaturu isə tarixdəki ən yüksək həddə çatıb. Bu da daha çox istiliyin atmosferdə qalmasına və quru səthində istilərin artmasına səbəb olur.


NASA-nın hesablamalarına görə, son 40 ildə yüksək istilərlə əlaqədar stres səviyyəsi iki dəfə artıb. Xüsusilə nəmli bölgələrdə temperatur və rütubətin birləşməsi nəticəsində insan bədəni artıq istiliyi atmaqda çətinlik çəkir. Belə hallarda soyutma vasitələrinə kondisioner və ventilyatorlara çıxış olmadıqda ölüm riski yüksəlir.
İngiltərənin “Imperial College London” və London Gigiyena və Tropik Tibb Məktəbinin araşdırmasına əsasən, iyun-iyul aylarında Avropanın yalnız 12 şəhərində 2300 nəfər isti hava səbəbindən həyatını itirib. 2022-ci ildə isə bu rəqəm Avropa üzrə 61 minə çatıb. 2021-ci ildə ABŞ və Kanadada baş verən ekstremal istilər də yüzlərlə insanın ölümünə səbəb olub.


İsti hava dalğaları həmçinin iqtisadiyyata və təbiətə də ciddi təsir göstərir. Su qıtlığı, meşə yanğınları, biomüxtəlifliyin azalması və açıq havada çalışanların iş qabiliyyətinin zəifləməsi bu dalğaların əsas nəticələrindəndir.


Mütəxəssislər isti hava dalğalarının təsirini azaltmaq üçün bir sıra tədbirlərin görülməsini zəruri sayırlar. Onların tövsiyələrinə aşağıdakılar daxildir:


Günəş və külək enerjisi kimi aşağı karbon emissiyalı soyutma sistemlərinin tətbiqi;

İş və dərs saatlarının sərin vaxtlara keçirilməsi;

Açıq havada çalışanlara daha çox fasilə və su təmin edilməsi;


Ev və iş yerlərinin “ağ dam” kimi sadə və ucuz üsullarla sərinləşdirilməsi;


Alimlərə görə, bu tədbirlərin həyata keçirilməsi artıq təkcə iqlimə uyğunlaşma deyil, həyatların xilas olunması üçün vacibdir.


Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Avqust 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri