Icma.az
close
up
RU
İsti havada kondisioner işlətmək zərərlidir, yoxsa faydalı?

İsti havada kondisioner işlətmək zərərlidir, yoxsa faydalı?

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yay aylarının yaxınlaşması ilə kondisionerlərə olan tələbat da artır. Sakinlər ev və ofislərdə sərin hava əldə etmək üçün bu cihazlardan istifadə etsələr də, bir çoxları bu vərdişin sağlamlığa və ətraf mühitə təsiri barədə suallar verir. Bəs görəsən, isti havada kondisioner işlətmək zərərlidirmi?

BAKU.WS xəbər verir ki, isti havada kondisioner işlətmək birbaşa olaraq ziyanlı deyil, amma düzgün istifadə edilmədikdə bir sıra sağlamlıq və ətraf mühit problemlərinə səbəb ola bilər.

Belə ki, yay aylarında düzgün istifadə edilən kondisionerlər bədəni yüklənmədən qoruyur. İsti hava ürək-damar sisteminə əlavə yük salır. Kondisioner bu yükü azaldaraq istilikdən yaranan halsızlıq, başgicəllənmə və istivurma riskini azaldır.

Həmçinin yuxu keyfiyyətini yaxşılaşdırır. Yüksək temperatur yuxuya getməni çətinləşdirir. Sərin otaq daha dərin və keyfiyyətli yuxu təmin edə bilər.   Zərərlərə gəldikdə isə, burada ilk növbədə temperatur fərqi nəzərə çarpır. Əgər çöldəki hava ilə kondisionerli otağın havası arasında temperatur fərqi çox olarsa isti havadan birdən-birə sərin otağa keçmək bədənə stres yaradır. Bu, həm də soyuqdəymə, əzələ tutulmaları və hətta pnevmoniyaya səbəb ola bilər.   Bundan başqa, kondisionerin filtiri çirkli olarsa, hava keyfiyyəti pisləşir, toz, kif və bakteriyalar tənəffüs yolu infeksiyalarına səbəb ola bilər.   Həddindən artıq sərinlik zamanı burun və boğazın selikli qişaları quruyur, bu da viruslara qarşı müqaviməti azaldır., göz quruluğu və baş ağrıları yarana bilər. İnsanlar kondisionerli mühitə çox bağlanaraq fiziki aktivlikdən uzaqlaşır.   Kondisioner düzgün şəkildə – yəni orta temperaturda (24–26°C), təmiz və qısa fasilələrlə işlədilərsə, ziyansızdır və hətta faydalıdır. Ancaq həddindən artıq istifadə və baxımsızlıq sağlamlığa ciddi ziyan vura bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 İyun 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri