Icma.az
close
up
RU
İstifadə müddəti keçmiş məhsulların endirimlə satılması ictimai sağlamlıq üçün risklidir EKSPERT ŞƏRH ETDİ

İstifadə müddəti keçmiş məhsulların endirimlə satılması ictimai sağlamlıq üçün risklidir EKSPERT ŞƏRH ETDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Son illər iri marketlərdə istifadə müddəti bitmək üzrə olan və ya artıq keçmiş qida məhsullarının, xüsusilə də tərəvəz və balıq kimi tez xarab olan məhsulların endirimli qiymətlərlə satışa çıxarılması hallarına tez-tez rast gəlinir. Bu cür hallar çox təhlükəli tendensiya kimi qiymətləndirir və bunun ciddi ictimai sağlamlıq problemi yarada bilir". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev deyib.

Onun sözlərinə görə, ilk baxışdan bu kimi endirim kampaniyaları alıcılar üçün cəlbedici görünsə də, əslində bu praktika arxasında ciddi risklər dayanır. Təzə görünən, lakin istifadə müddəti bitmiş və ya düzgün şəraitdə saxlanmamış məhsulların istehlakı qida zəhərlənmələrinə, infeksion xəstəliklərə və uzunmüddətli sağlamlıq fəsadlarına yol aça bilər. Xüsusilə balıq və dəniz məhsulları yüksək riskli qida kateqoriyasına daxildir və onların istifadə müddəti keçdikdən sonra istehlaka yararlı hesab olunması qətiyyən düzgün deyil: "Balıq məhsulları düzgün temperaturda saxlanmadıqda və ya soyutma zənciri pozulduqda tərkibində histamin adlı toksik maddənin yaranması ehtimalı artır. Bu maddə insan orqanizmində allergik reaksiyalar, qusma, ishal, ürəkbulanma kimi simptomlara səbəb ola bilər. Eyni zamanda, bu məhsulların görünüşü və qoxusu bəzi hallarda dəyişmədiyi üçün alıcılar təhlükəni hiss etmədən onu ala və istehlak edə bilərlər. Bu isə son dərəcə təhlükəlidir.

Tərəvəz məhsulları nisbətən daha az riskli olsa da, onların da müəyyən şərtlər daxilində sağlamlığa zərər verməsi mümkündür. Xüsusilə qablaşdırılmış, kəsilmiş və ya bir neçə gün vitrinlərdə saxlanmış tərəvəzlər üzərində bakteriyalar və kif göbələkləri inkişaf edə bilər. Bu da bağırsaq infeksiyalarına, həzm sistemində pozğunluqlara və allergik reaksiyalara səbəb ola bilər. Belə məhsulların son istifadə tarixi keçibsə və ya saxlanma şəraiti düzgün deyilsə, onların satışa çıxarılması həm istehlakçı hüquqlarının pozulmasıdır, həm də sağlamlıq baxımından ciddi məsuliyyətsizlikdir.

Ekspert hesab edir ki, bu cür hallara qarşı nəzarət tədbirləri daha da sərtləşdirilməlidir. Satış məntəqələri yalnız iqtisadi maraqlarla deyil, ictimai məsuliyyət hissi ilə hərəkət etməlidirlər. Qida məhsulları ilə bağlı mövcud qanunvericiliyə görə, istifadə müddəti bitmiş məhsulların satışa çıxarılması qanun pozuntusudur və bu, inzibati məsuliyyətə səbəb olur. Amma təəssüf ki, bəzi hallarda bu qaydalara əməl olunmur və zərərçəkən tərəf son nəticədə alıcı olur. İstehlakçılar da bu məsələdə diqqətli olmalı, alış-veriş zamanı məhsulun üzərindəki “istehsal” və “son istifadə” tarixlərini diqqətlə yoxlamalıdırlar. O, eyni zamanda alıcılara tövsiyə edir ki, endirimli məhsulları alarkən təkcə qiymətə deyil, məhsulun vəziyyətinə, görünüşünə, qoxusuna və saxlanma şəraitinə də diqqət yetirsinlər. Əgər məhsulda hər hansı şübhəli əlamət müşahidə olunarsa, ondan imtina etmək və bunu market rəhbərliyinə bildirmək lazımdır.

Nəticə olaraq, qida təhlükəsizliyi cəmiyyətin sağlamlığını qoruyan əsas sütunlardan biridir və burada həm dövlətin, həm də biznes strukturlarının məsuliyyəti böyükdür. İstifadə müddəti keçmiş məhsulların satışdan çıxarılması, düzgün şəkildə zərərsizləşdirilməsi və istehlakçının maarifləndirilməsi bu prosesin vacib tərkib hissələridir. Marketlər yalnız gəlir əldə etməyi deyil, həm də cəmiyyət qarşısında olan məsuliyyətlərini nəzərə alaraq davranmalı, ictimai sağlamlığı təhlükəyə atmamalıdırlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri