İstifadəçilərin ölən yaxınları ilə video söhbəti: Yeni tətbiq mübahisələrə səbəb oldu VİDEO
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“2wai” adlı bir startap tərəfindən hazırlanmış yeni süni intellekt tətbiqi istifadəçilərə mərhum yaxınları ilə sanki video söhbət edirmiş kimi ünsiyyət qurmağa imkan verir.
Lent.az xəbər verir ki, buna baxmayaraq şirkətin qısa tanıtım videosu şiddətli tənqidlərlə qarşılanıb.
“2wai”nin həmtəsisçisi Kalum Vorti tərəfindən “X” hesabında paylaşılan videoda hamilə bir qadın mərhum anasının süni intellekt tərəfindən yaradılan versiyası ilə sanki adi bir video zəng edirmiş kimi söhbət edir. Ana qızına hamiləlik məsləhətləri verir; səhnə daha sonra qadının doğuşdan sonrakı həyatına və uşağın böyüməsinə keçir və illər ərzində süni intellekt "nənəsi" ilə söhbətləri göstərir.
Tətbiq istifadəçiləri yaxınlarını hələ sağ ikən qeyd etməyə təşviq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 Noyabr 2025 07:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















