Icma.az
close
up
RU
TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir

TikTok istifadəçilərin rifahı üçün yeni alətlər istifadəyə verir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok, rəqəmsal rifahı təmin etmək və istifadəçiləri dəstəkləmək məqsədilə bir sıra yeni funksiyaları istifadəyə verir. Yeniliklər üç əsas istiqaməti əhatə edir: yeniyetmələrin təhlükəsizliyi, kontent müəlliflərinə dəstək və cəmiyyətin etibarlı rəqəmsal mühitin yaradılmasında iştirakını təşviq etmək.

TikTok, istifadəçilərin ilham tapdığı, yaradıcılığını paylaşdığı, yeni imkanlar kəşf etdiyi təhlükəsiz və yaradıcı bir məkan formalaşdırmağa davam edir. Yeni funksiyalar təkcə təhlükəsizliyin təmin edilməsi məqsədi daşımır, eyni zamanda hər bir istifadəçinin özünü inamlı, sərbəst və güvənli hiss etdiyi şüurlu rəqəmsal mədəniyyətin formalaşmasına xidmət edir.

Yeniyetmələr və onların valideynləri üçün təhlükəsizlik

TikTok yeniyetmələrin platformadan təhlükəsiz və rahat istifadə etməsini təmin etmək məqsədilə 50-dən çox funksiyanı və tənzimləmə imkanını təqdim edir. Əlavə olaraq, avtomatik işləyən daxili təhlükəsizlik mexanizmlərindən başqa, platforma valideynlərə yeniyetmələrin ehtiyaclarına uyğun olaraq TikTok-u fərdiləşdirməyə kömək edən və artıq özünü doğrultmuş “Ailə tənzimləmələri” adlı valideyn nəzarəti alətini də təklif edir. Artıq bu alətə yeni imkanlar da əlavə olunub:

Yeniyetmə digər istifadəçilər üçün görünən video, hekayə və ya foto paylaşdıqda valideynə avtomatik bildiriş göndərilir. Bu, valideynlərə övladları ilə onun onlayn paylaşımları barədə vaxtında və müdaxiləsiz, təzyiq göstərmədən söhbət etmək imkanı yaradır. Yeniyetmənin (16–17 yaş) hansı məxfilik ayarlarını seçdiyini görmək imkanı: məsələn, digər istifadəçilərə onun videolarını yükləməyə icazə verilib-verilmədiyi, onun abunə siyahısının başqalarına açıq olub-olmadığı, hansı mövzuların maraqlı kimi qeyd edildiyi və buna görə də platforma tərəfindən daha tez-tez baxmaq üçün tövsiyə olunduğu.

Rəqəmsal rifahın dəstəklənməsi

TikTok hesab edir ki, rəqəmsal texnologiyalar həddindən artıq yüklənmə və ya uzaqlaşmağa səbəb olmadan inkişaf etməyə, ilham verməyə və özlərini rahat hiss etməyə kömək etməlidir. Məhz bu səbəbdən TikTok, mütəxəssislərlə və platformanın Gənclər Şurası ilə birgə “Rəqəmsal rifah missiyaları” adlı təşəbbüsü hazırlayıb. Bu təşəbbüs qısa tapşırıqlardan ibarətdir və sağlam rəqəmsal vərdişlərin formalaşmasına kömək etməyi hədəfləyir.

Missiyaların ilk seriyası rəqəmsal rifahı dəstəkləyən və artıq mövcud olan TikTok funksiyaları ilə tanış edir. Onların arasında “Yuxu vaxtı”, “Ekran vaxtı”, “Ailə tənzimləmələri”, “Təhlükəsizlik mərkəzi”, “Açar sözlərə görə filtr” daxildir. Missiyaları yerinə yetirən istifadəçilər xüsusi nişanlar əldə edəcəklər ki, bu da onlara öz irəliləyişlərini izləməyə kömək edəcək.

TikTok həmçinin tətbiqin daxilində yeni bölmənin yaradılması üzərində çalışır. Bu bölmədə rəqəmsal rifahı dəstəkləyən bütün seçimlər toplanacaq – nəfəs məşqlərindən və sakitləşdirici audio parçalarından tutmuş istifadəçilərə platformada keçirdikləri vaxtı şüurlu şəkildə idarə etməyə kömək edən alətlərə qədər.

Yaradıcıların dəstəyi

Kontent yaradıcıları TikTok-un hərəkətverici qüvvəsidir. Məhz onlar trendləri müəyyən edir, izləyiciləri cəlb edir və platformanın cəmiyyətini formalaşdırırlar. Onların özlərini təhlükəsiz və güvənli hiss etmələri üçün platforma yeni alətlər təqdim edir:

Yaradıcıya dəstək rejimi – istənməyən və təhqiredici şərhləri filtr vasitəsilə idarə etməyə kömək edir. TikTok LIVE-da sözlərin, ifadələrin və emojilərin kütləvi olaraq söndürülməsi; Content Check Lite (Məzmunun ilkin yoxlanışı) – yaradıcılara videolarını paylaşmadan əvvəl digər istifadəçilərə tövsiyə olunmağa uyğun olub-olmadığını yoxlamağa imkan verir.

Yaradıcılar üçün gələnlər qutusu – yenilənmiş interfeys, mesajları çeşidləməyə və emal etməyə kömək edir. İndi 10 000-dən çox izləyicisi olan yaradıcılar üçün “oxunmamış” və “vacib” bölmələri, sürətli cavablar yaratmaq və tez-tez verilən suallara avtomatik cavablar tənzimləmək imkanı mövcuddur.

Bu funksiyalar yaradıcılığı daha təhlükəsiz və rahat edir ki, yaradıcılar diqqətlərini həqiqətən vacib olan — öz məzmunları və auditoriyaları üzərində cəmləyə bilsinlər.

Platforma nümayəndələrinin bildirdiyinə görə, bu yeniliklər yeniyetmələrin, valideynlərin, ekspertlərin, vətəndaş cəmiyyəti, media nümayəndələrinin rəy və təklifləri nəzərə alınaraq hazırlanıb ki, TikTok hər kəs üçün daha təhlükəsiz və şəffaf platforma olsun.

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Avqust 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri