Icma.az
close
up
RU
İstintaq Komitəsinin rəhbəri əmək miqrantlarının ailələrinin Rusiyaya gəlməsinə etiraz edib

İstintaq Komitəsinin rəhbəri əmək miqrantlarının ailələrinin Rusiyaya gəlməsinə etiraz edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Moskva, 21 may, AZƏRTAC

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Peterburq Beynəlxalq Hüquq Forumunun sessiyası çərçivəsində çıxış edib. O, çıxışı zamanı miqrasiya ilə bağlı cinayətkarlıq, "Crocus City Hall" ticarət mərkəzində baş vermiş terror aktının nəticələri və Rusiya vətəndaşlığı almış şəxslərin xüsusi hərbi əməliyyatda iştirakı məsələlərinə toxunub.

AZƏRTAC xəbər verir ki, Bastrıkinin sözlərinə görə, "Krokus" terror aktı nəticəsində dəymiş zərər təxminən 6 milyard rubl təşkil edir, iş üzrə zərərçəkmiş kimi 2,3 mindən çox şəxs tanınıb. Hücum nəticəsində 147 nəfər həlak olub, 3 nəfər isə itkin düşmüş hesab olunur. Cinayət işinin materialları 500 cilddən ibarətdir, 2,5 min məhkəmə ekspertizası və hadisə yerinə 300-dən çox baxış keçirilib. İcraçılar da daxil olmaqla, 19 nəfər saxlanılıb.

Miqrasiya siyasətinə toxunan Bastrıkin bildirib ki, 2025-ci ilin yanvar-mart aylarında miqrantlar tərəfindən törədilən cinayətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıb. Lakin ümumilikdə 2024-cü ildə miqrasiya ilə bağlı cinayətkarlıq təxminən 1 faiz azalıb.

Komitə rəhbəri miqrasiya mühitində radikallaşma təhlükəsinə xüsusi diqqət çəkib. O, ölkəyə daxil olan bütün şəxslərin məcburi biometrik qeydiyyatdan keçməsinin və əmək miqrantlarının ailə üzvlərinin Rusiyaya gətirilməsinin qadağan edilməsinin vacibliyini vurğulayıb. “Ən əsası heç bir arvad, uşaq, baba-nənə və ya ər olmamalıdır. Əmək miqrantı bura işləmək üçün gəlir”, – deyə Bastrıkin bildirib.

Ayrı bir mövzuya toxunan İstintaq Komitəsinin rəhbəri onu da əlavə edib ki, təxminən 80 min nəfər Rusiya vətəndaşlığı almış, lakin hərbi qeydiyyata alınmamış şəxs müəyyən edilib. Onlardan artıq 20 min nəfəri xüsusi hərbi əməliyyatda iştirak edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 06:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri