İstiqlal Muzeyində “Birgə Yaddaş Ortaq Gələcək” sərgisi açılıb
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Azərbaycan İstiqlal Muzeyində ölkəmizin əsrlər boyu formalaşmış dini və mədəni müxtəlifliyini, multikulturalizm dəyərlərini və tolerantlıq ənənələrini əks etdirən “Birgə Yaddaş – Ortaq Gələcək” adlı sərginin açılış mərasimi keçirilib.
525.az-a muzeydən bildirilib ki, sərginin əsas məqsədi Azərbaycanın zəngin tarixi-mədəni irsini təbliğ etmək, dini və mədəni müxtəlifliyə hörməti təşviq etmək, həmçinin qarşılıqlı anlaşma və birgəyaşayış ənənələrinin qorunmasının əhəmiyyətini vurğulamaqdır.
Tədbirdə Azərbaycanın multikulturalizm ənənələrindən, müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət və dialoqun əhəmiyyətindən, eləcə də tolerantlıq dəyərlərinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs olunub.
Sərgidə ölkəmizin dini və mədəni irsini, tarixən formalaşmış birgəyaşayış ənənələrini əks etdirən müxtəlif materiallar nümayiş etdirilib.
Sərgi noyabrın 2-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















