Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

İstiqlalın əbədi imzası: Zəfərin üçrəngli nəfəsi ŞƏRH

İstiqlalın əbədi imzası: Zəfərin üçrəngli nəfəsi ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın mavi səmalarında qürurla dalğalanan üçrəngli bayrağımızın hər çırpıntısı tarixin sahilinə çırpılan bir dalğanın səsi, hər rəngi isə illərin süzgəcindən keçən milli kimliyimizin silinməz izidir. O, illərlə qəlbimizdə daşıdığımız həsrətin, Xankəndinin dumanlı yollarında, Şuşanın əzəmətli qayalarında yenidən boy atan ümidlərin gerçəkliyə çevrilmiş təcəssümüdür. Bir zamanlar bu torpaqlarda bayrağımızın dalğalanmasını uzaq bir arzu kimi gözləyirdiksə, bu gün onun kölgəsində bütöv və qürurlu gələcəyimizi qururuq. Keçmişin acı sınaqları artıq dəmir iradəmizin gücünə, illərlə çəkdiyimiz intizar isə Müzəffər Zəfərin reallığına çevrilib. Bu müqəddəs simvol bu gün həm də xalqımızın əyilməz ruhunun və əbədi həmrəyliyinin ali manifestidir.
1990-cı ilin 17 noyabrı – hələ SSRİ-nin dağılmadığı, Kommunist Partiyasının və Sovet rejiminin bütün sərtliyi ilə hökm sürdüyü bir dövrdə Azərbaycanın yaxın tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında – Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən tarixi iclasda üçrəngli bayrağımız sadəcə küçələrdə, meydanlardakı kortəbii dalğalanmalardan fərqli olaraq, ilk dəfə rəsmi dövlət səviyyəsində ucaldıldı.
Həmin dövr üçün son dərəcə ağılasığmaz və təməlqoyucu olan bu addımla Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri rəsmən çıxarıldı və 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli sancaq muxtariyyətin milli bayrağı kimi qəbul edildi. Sessiya salonuna gətirilərək başlar üzərinə ucaldılan o müqəddəs bayraq sadəcə bir atributun bərpası deyil, illərlə boğulan milli ruhun, əsarətə qarşı qaldırılan azadlıq bayrağının ilk təntənəsi idi. Bu dahi siyasi uzaqgörənlik və cəsarət müasir müstəqil Azərbaycanın dövlətçilik təməlinin ən möhkəm daşına çevrildi.
Naxçıvanda atılan o tarixi cəsarət sonradan müstəqil Azərbaycanın dövlətçilik xəritəsini cızdı, milli rəmzlərimizi dövlət siyasətinin ana sütununa çevirdi. Ümummilli Liderin qətiyyəti və uzaqgörənliyi sayəsində 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı rəsmən Dövlət Bayrağı kimi təsdiq etdi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurarkən azərbaycançılıq məfkurəsini milli bayrağımızın aliliyi ilə eyniləşdirdi. Ümummilli Liderin "Azərbaycanın bayrağı sadəcə bir rəmz deyil, bizim müstəqil dövlətimizin, millətimizin qürur mənbəyidir" kəlamı dövlət rəmzlərimizə verilən ali dəyərin ən bariz ifadəsi idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.”
Bu dərin mənalı fikirlər sadəcə dövlət atributuna verilən qiymət deyil, bütöv bir xalqın azadlıq fəlsəfəsinin tərifidir. Bir zamanlar qadağalarla üzləşən səs bu gün qalib ölkəmizin dalğalanan rəmzi ilə hər yerdən eşidilir. Ümummilli Liderin Naxçıvanda təməlini qoyduğu o tarixi xətt Prezident İlham Əliyevin qətiyyəti ilə bu gün bütün sərhədlərimiz daxilində tam bərpa olundu. Bayraq hər birimiz üçün həm keçmişimizin işığı, həm də sabaha olan sarsılmaz inamımızın canlı təminatıdır.
Bayraq bir millətin mənəvi Pasportu, onun azadlıq şərəfidir. Dövlət rəmzlərinə ehtiram göstərmək sadəcə hüquqi öhdəlik deyil, hər bir məsuliyyətli vətəndaşın qəlbən hisslərlə yanaşmalı olduğu mənəvi borcu və vicdan məsələsidir. Bu gün təməli Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin ana məqsədlərindən biri də gənc nəslə bayraq sevgisini, dövlətçilik şüurunu peşəkar və dərindən aşılamaqdır. Məhz bu ehtiramın və vətənpərvərlik ruhunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində minlərlə gəncimiz bu müqəddəs bayrağı canı, qanı bahasına qorudu, onu işğaldan azad olunan hər bir kənddə, hər bir zirvədə ucaltdı.
Üçrəngli bayrağımız dünyada yaşayan milyonlarla azərbaycanlını bir araya gətirən, onları vahid məfkurə ətrafında birləşdirən ən güclü mənəvi körpüdür. Mavi, qırmızı və yaşıl rənglərin ahəngində təcəssüm edən "azərbaycançılıq" ideologiyası tariximizə, köklərimizə və modern gələcəyimizə sadiqliyin nişanəsidir. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tam suverenliyinə qovuşmuş Azərbaycanın səmasında dalğalanan bayrağımız təkcə daxildəki milli birliyimizin deyil, həm də dünya azərbaycanlılarının qürur və həmrəylik rəmzidir. O, bizə keçmişimizi unutmamağı, bu günümüzlə fəxr etməyi və gələcəyə daha inamla addımlamağı təlqin edir. Bu gün Azərbaycan bayrağının altındakı hər bir nəfəs, ucaldığı hər bir zirvə xalqımızın əsrlər boyu qoruyub saxladığı azadlıq sevdasının təntənəsidir.
Naxçıvandan ucalan ilk azadlıq qığılcımı bu gün sərhədlərimizin bütövlüyü, xalqımızın dəmir iradəsi və qətiyyətli liderliyin sayəsində məğrur reallığımıza çevrilib. Qarabağın və Şərqi Zəngəzurun azad zirvələrində əzəmətlə dalğalanan üçrəngli sancaq dövlət suverenliyimizin sarsılmaz sütunu, milli birliyimizin əbədi ünvanıdır. Şanlı tariximizin şahidi, işıqlı sabahımızın təminatı olan bu uca atribut səmalarımızda həmişə dalğalanacaq, nəsildən-nəsillərə qürur mənbəyi kimi əmanət ediləcəkdir.

Ceyhun Ağazadə
YAP Biləsuvar rayon təşkilatının gənc fəalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri