İstirahət mərkəzində ailə faciəsinə səbəb olan şəxs işi məhkəməyə göndərildi
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sentyabrın 4-də, saat 22 radələrində Naxçıvan şəhər sakinləri 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, anası 1983-cü il Sevinc Hüseynova və nənəsi 1947-ci il təvəllüdlü Səkinə Məmmədovanın Şahbuz rayon Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahətdə olarkən həyətyanı sahədə yerləşən gölməçədə kustar üsulla düzəldilmiş üzən platformanın aşması nəticəsində boğularaq ölmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində araşdırma aparılaraq cinayət işi başlanılıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Modern.az-a bildirilib ki, ibtidai istintaqla Hikmət Qurbanlının daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Hikmət Qurbanlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsinə göndərilib.
Baxış sayı:34
Bu xəbər 24 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















