İsveç gömrüyü heroin və partlayıcı maddələrin müsadirə edilməsi üzrə rekorda imza atıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
İsveç Gömrük Xidməti ilin birinci yarısının nəticələrinə yekun vurub: hesabat dövründə rekord həcmdə - 106 kiloqram heroin müsadirə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə min dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, müsadirə edilmiş narkotik vasitələrin ümumi həcmi 5,5 tona çatıb.
Bundan əlavə, ələ keçirilən partlayıcı maddələrin həcmi demək olar ki, üç dəfə artaraq 15 min ədəddən 42 min ədədə çatıb. Onların əksəriyyəti cinayətkar qrupların işlətdiyi kustar üsulla hazırlanan vasitələrdir.
Sağlamlığa ciddi təhlükə yaradan yarısintetik kannabinoidlərin kəskin artması da qeyd olunub. Gömrük bu tendensiyanı narahatedici hesab edir.
Gömrük Xidmətinin rəhbəri Yohan Nurrman müsadirələrin artmasını silsilə partlayışlardan sonra gücləndirilmiş tədbirlərlə izah edib. Eyni zamanda, avtomobillər vasitəsilə az partiyalarla gətirildikdə aşkarlanması çətin olduğundan döyüş qumbaralarının müsadirəsi hallarının sayı az olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 05 İyul 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















