İsveç hakimiyyəti ölkəyə qayıdan miqrantlara kompensasiyanı 35 dəfə artırıb
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsveç miqrantların ölkələrinə qayıtması üçün ayrılan yardımın məbləğini 900 avrodan 32 min avroya qədər artırmağa hazırlaşır.
"Report" xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson "Euronews" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, miqrasiyaya mütləq nəzarətin yaradılması vacibdir.
Baş nazir bildirib ki, ölkəni tərk etmək üçün maddi vəsaitin artırılması miqrantlarla bağlı bəzi problemlərin həllinə kömək edə bilər.
Kristersson vurğulayıb ki, hazırkı maliyyə yardımı gözlənilən nəticəni verməyib. Buna görə də İsveç hökuməti 2026-cı il yanvarın 1-dən maliyyəni artırmaq istəyir.
O, analoji modelin artıq Danimarkada tətbiq olunduğunu əlavə edib.
Bu mövzuda digər xəbərlər:İsveç məhbuslarını bu ölkəyə göndərir
12 İyul 2026 14:58
İsveç məhbuslarını başqa ölkəyə göndərir
18 Avqust 2026 21:44
İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir
12 Sentyabr 2026 18:47
İsveç Azərbaycana sərmayə həcmini 28 dəfə artırıb
18 Sentyabr 2025 22:45
Azərbaycan bu ölkəyə investisiyalarını 2 dəfə artırıb
01 Aprel 2026 10:28
Baxış sayı:137
Bu xəbər 04 May 2025 03:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















