İsveç parlamenti Kristerssonun taleyinə aydınlıq gətirəcək
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu parlamentin spikeri Andreas Norlen siyasi partiyaların liderləri ilə təkrar görüşlərdən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qərar Mərkəz Partiyasının sağçılarla danışıqları bərpa etdiyini elan etməsindən sonra qəbul olunub. Eyni zamanda Sosial-Demokrat Partiyasının lideri Maqdalena Andersson hazırda sağ-mərkəzçi hökumət formalaşdırmaq imkanının olmadığını etiraf edib.
"Bizə parlamentin dəstəkləməyə hazır olduğu baş nazir lazımdır və mən məhz diqqətimi buna yönəltmişəm", - Norlen deyib.
O həmçinin bildirib ki, Mülayim Koalisiya Partiyasının lideri Kristersson səsvermədən keçmək şanslarını çətin, lakin mümkün kimi qiymətləndirib.
Norlen Kristerssonun hökumətin formalaşdırılması imkanlarının araşdırılması ilə bağlı tapşırığının başa çatdığını qeyd edib.
Parlamentin spikeri növbədənkənar seçkilərin keçirilməsi riski barədə bir daha xəbərdarlıq edib. Onun sözlərinə görə, əgər fəaliyyətdə olan baş nazir noyabrın 30-da parlamentin razılığını almasa, daha bir səsvermə keçiriləcək, bundan sonra isə növbədənkənar seçkilər təyin edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Noyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















