İsveçdə 20 yaşlı qapıçı güllələndi
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
İsveçdə 20 yaşlı qapıçı atışmada həlak olub. Sport24.az "Aftonbladet" portalına istinadən xəbər verir ki, 4-cü divizionda mübarizə aparan "Forward" klubunun qolkiperi Hugo Mosshagen Örebro şəhərində kimliyi müəyyənləşməyən şəxslər tərəfindən güllələnib.
Hadisə martın 21-i axşam şəhərin qərb hissəsindəki dayanacaqda baş verib. Polis saat 23:26-da zəng alıb və hadisə yerində yaralı bir kişi tapıb. O, daha sonra ölüb.
Polisin məlumatına görə, hələlik hadisə ilə bağlı heç kim saxlanılmayıb. İstintaq Mosshagen ilə cinayətkar qruplar arasında heç bir əlaqə aşkar etməyib.
Bu mövzuda digər xəbərlər:İsveçdə məktəbdə atışma: Beş nəfər güllələndi
04 Fevral 2025 17:46
İsveçdə məktəb yaxınlığında silahlı hücum: 5 nəfər güllələndi
04 Fevral 2025 17:21
İsveçdə 12 yaşlı killer saxlanıldı
18 Dekabr 2025 23:55
İsveçdə 20 Yanvara həsr olunmuş videokonfrans təşkil edilib AZƏRTAC
20 Yanvar 2025 01:40
İsveçdə zorakılıq təhdidləri səbəbindən 20 dən çox məktəb bağlıdır
22 Aprel 2026 16:01
Baxış sayı:140
Bu xəbər 25 Mart 2026 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















