Icma.az
close
up
RU
İsveçdə çoxuşaqlı ailələr üçün sosial müavinətlərin azaldılması planlaşdırılır

İsveçdə çoxuşaqlı ailələr üçün sosial müavinətlərin azaldılması planlaşdırılır

Icma.az bildirir, Azertag portalına istinadən.

Stokholm, 17 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökuməti sosial yardım sistemində genişmiqyaslı islahatlar həyata keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, təşəbbüsün əsas müddəası ailələrin bələdiyyələrdən ala biləcəyi sosial müavinətlərə limitin tətbiq olunmasıdır. Dəyişikliklər əsasən çoxuşaqlı ailələrə təsir edəcək. Dördüncü uşaqdan başlayaraq yardımın məbləği azaldılacaq.

İsveçin sosial təminat naziri Anna Tenyenin sözlərinə görə, islahatın məqsədi, xüsusilə uzun illər işləmək imkanı olduğu halda dövlət yardımından istifadə edən miqrantlar arasında müavinətlərdən asılılığı azaltmaqdır. Nazir beş uşaqdan ibarət bir ailəni nümunə gətirərək bildirib ki, hazırda onlar ayda 46 500 kron (təxminən 4,2 min ABŞ dolları) yardım alırlar. Yeni limit tətbiq olunduqdan sonra məbləğ 38 300 krona (3,5 min dollar) enəcək. Onun sözlərinə görə, bu dəyişiklik valideynləri əmək bazarına çıxmağa sövq etməlidir.

İslahat üç əsas blokdan ibarətdir: sosial müavinətlərin maksimal məbləğinin məhdudlaşdırılması, işə düzələnlər üçün bonusun tətbiqi, yardım alanların ictimai işlərə cəlb edilməsi.

Bundan əlavə, 2027-ci il yanvarın 1-dən etibarən yeni gələn miqrantlar sosial müavinətləri yalnız ölkədə beş il yaşadıqdan sonra və ya minimum 20 000 kron (1,8 min ABŞ dolları) aylıq maaşla bir il işlədikdən sonra ala biləcəklər. Bu məhdudiyyət uşaqpulu, mənzil yardımı və digər ödənişlərə aid olacaq, lakin sosial yardım paketinə şamil edilməyəcək.

Hökumətin hesablamalarına görə, dəyişikliklər 145 minə yaxın ev təsərrüfatına təsir edəcək, onlardan 30 min ailə isə müavinətlərin ciddi şəkildə azalması ilə üzləşəcək. İslahat tam şəkildə 2028-ci ildə qüvvəyə minəcək.

Müxalifət təşəbbüsü kəskin tənqid edib. Sosial-demokratların fikrincə, hökumət işsizliyə qarşı mübarizə aparmaq əvəzinə uşaqları daha da kasıblaşdırır və bununla da valideynləri işləməyə məcbur edəcəyini düşünür. Onlar xatırladıblar ki, hazırda İsveçdə işsizlik 9 faizə yaxınlaşıb, uzunmüddətli işsizlərin sayı isə son bir ildə 42 min nəfər artıb.

Sol partiya təklifləri “dəhşətli” adlandıraraq bildirib ki, hakimiyyət kütləvi işsizliyə göz yumur və əvəzinə ən həssas təbəqələri hədəfə alır. Yaşıllar Partiyası isə vurğulayıb ki, bu “müavinət islahatı deyil, yoxsulluq islahatıdır” və ən zəif ailələri daha da çətin vəziyyətə salacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri