Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çoxuşaqlı ailələr tarixə qovuşur Azərbaycan üçün təhlükə

Çoxuşaqlı ailələr tarixə qovuşur Azərbaycan üçün təhlükə

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Gənclərin məşğulluq məsələsinə diqqət yetirilməli və onların gələcəyi üçün perspektivlər yaradılmalıdır”

Son zamanlar doğum səviyyəsinin azalması qlobal səviyyədə ciddi narahatlığa səbəb olub. İlon Maskın “Əgər dünyaya uşaq gətirməyi dayandırsanız, bəşəriyyət məhv olacaq” fikri bu məsələnin aktuallığını bir daha gündəmə gətirib. Belə ki, bir çox inkişaf etmiş ölkələrdə əhali artımının azalması demoqrafik böhrana yol açır.

ABŞ və Avropada doğum səviyyəsinin azalması artıq ciddi nəticələr doğurub. 2024-cü ilin dekabrında Mask qeyd edib ki, bu tendensiya davam edərsə, bu bölgələrdə əhali tükənmə təhlükəsi ilə üzləşəcək. Xüsusilə Yaponiya bu baxımdan kritik vəziyyətdədir. Bir qadına düşən orta doğum göstəricisi 1,26 olmaqla, əhalinin azalması sürətlənir. Ekspertlər hesab edir ki, əgər bu vəziyyət davam edərsə, 2070-ci ilə qədər ölkə əhalisi 30 milyon nəfər azalacaq. Bu, iqtisadiyyat, sosial sistem və milli təhlükəsizlik üçün ciddi problemlər yarada bilər.

Azərbaycan da doğum səviyyəsinin azalması ilə üzləşən ölkələr sırasındadır. Ötən illə müqayisədə hər min nəfərə düşən doğum göstəricisi 11,2-dən 10,1-ə düşüb. Bu tendensiya davam edərsə, gələcəkdə əhalinin azalması ölkəmizin də demoqrafik və iqtisadi inkişafına mənfi təsir göstərə bilər.

Ekspertlər qeyd edir ki, doğum səviyyəsinin azalmasının nəticələri aşağıdakı kimi ola bilər:

Əhali strukturunun dəyişməsi: Əhali azalması ilə yaşlı insanların sayı artır, əmək qabiliyyətli gənc nəslin sayı isə azalır. Bu, işçi qüvvəsi çatışmazlığı, pensiya sisteminin çöküşü və iqtisadi yavaşlamaya səbəb olur.

İqtisadi problemlər: Əmək qabiliyyətli insanların azalması iqtisadi istehsalı və vergi gəlirlərini azaldır. Bu, sosial təminat sistemlərinin davamlılığını çətinləşdirir.

Mədəni və sosial təsirlər: Əhali azalması ilə kiçik millətlərin mədəni irsini qorumaq çətinləşir. İnsan resurslarının azalması nəticəsində sosial dinamikada dəyişikliklər baş verir.

Bəs Azərbaycanda doğum səviyyəsinin azalma səbəbləri hansılardır?

Sosial-iqtisadi çətinliklər: Ailə qurmaq və uşaq böyütmək üçün lazım olan maliyyə imkanlarının olmaması əsas səbəblərdən biridir.

Şəhərləşmə və karyera prioritetləri: Şəhərlərdə yaşayan və karyeraya fokuslanan gənclər arasında uşaq sahibi olmaq prioritet olmur.

Qadınların təhsil və işdə rolunun artması: Qadınların təhsil səviyyəsinin artması və iş həyatına inteqrasiyası ailə qurmaq və uşaq dünyaya gətirmək qərarını gecikdirir.

Demoqrafik dəyişikliklər: Müasir həyat tərzi, fərdi azadlıqlara üstünlük verilməsi doğum səviyyəsinin azalmasına təsir edir.

Mütəxəssislər çıxış yolu olaraq, ailələrə uşaq dünyaya gətirmək və böyütmək üçün maliyyə dəstəyi, güzəştlər və stimullaşdırıcı proqramlar təqdim olunmasını, həmçinin gənc ailələr arasında ailə planlaması və uşağın önəmi barədə maarifləndirmə işləri aparılmasını, qadınların həm ailə, həm də iş həyatında balans yaratmalarına kömək edəcək siyasətlər həyata keçirilməsini, gənclərin iş və mənzil probleminin həll edilməsini, ailə qurmaq üçün daha əlverişli şərait yaradılmasını təklif edir. 

Beləliklə, doğum səviyyəsinin azalması həm qlobal, həm də yerli miqyasda ciddi problemlərə yol açır. Əgər bu problem vaxtında həll edilməzsə, sosial, iqtisadi və mədəni sahələrdə ciddi çətinliklər yarana bilər. Maskın da qeyd etdiyi kimi, insanlıq gələcəyini qorumaq üçün hər bir ölkə bu problemə xüsusi diqqət ayırmalıdır.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb:

“Bilirsiniz ki, bu, İlon Maskın bu mövzuda ilk çıxışı deyil. O, fikirlərində haqlıdır, çünki qlobal miqyasda doğum sayının azalması müşahidə olunur və dünyanın əksər ölkələrində bu tendensiya özünü göstərir. Doğum səviyyəsinin aşağı düşməsi bir çox problemlərə səbəb olur. Bu həm qlobal miqyasda, həm də miqrasiya kontekstində əhalinin qocalmasına gətirib çıxarır ki, bu da dövlətlər və hökumətlər üçün maliyyə problemləri yaradır.

Avropa ölkələri əhalinin qocalması ilə bağlı daha ciddi təhlükə altında olan regionlar sırasındadır. Onlar bu problemi miqrantların sayını artırmaqla həll etməyə çalışıblar. Lakin həm Avropa, həm də Amerika ölkələrində miqrantlara münasibət ikili xarakter daşıyır. Bir tərəfdən, miqrantların ölkəyə gəlməsini dəstəkləyirlər, digər tərəfdən isə bildirirlər ki, miqrantlar ölkənin milli identikliyini təhlükə altına qoyur.

Azərbaycana gəldikdə isə son araşdırmalar göstərir ki, ölkəmizdə təbii artım heç vaxt olmadığı qədər azalmaqdadır. 2023-cü ilin statistikasına baxdıqda, 2022-ci ilə nisbətən 15% azalma müşahidə olunur. Bu məsələyə daha ətraflı yanaşmalı və ciddi şəkildə düşünməliyik.

Azərbaycanda çoxuşaqlı ailələr həmişə üstünlük təşkil edirdi, xüsusilə sovet dövrünə qədər və sovet dövründə. Lakin 2019-cu ildən etibarən çoxuşaqlı ailələrin sayında kəskin azalma müşahidə olunur. Bunun bir çox səbəbi var.

Bu səbəblərdən biri odur ki, artıq Azərbaycan cəmiyyətində düşüncə tərzi dəyişib. Qloballaşma təsirini göstərir, insanlar düşünür ki, çoxuşaqlı ailə olmaq yerinə, bir və ya iki uşağa sahib olub, onları daha keyfiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər və digər imkanlarla təmin etsinlər.

Digər bir məsələ isə insanların daha eqoist yanaşmasıdır. Onlar ailə və uşaq məsuliyyətindən qaçmağa çalışırlar. Bu yanaşma evliliklərin sayında da azalmalara səbəb olub və nəticə etibarilə doğum səviyyəsinin aşağı düşməsinə təsir edir.

Bunun qarşısını almaq üçün hesab edirəm ki, sosial dəstək layihələrinə ciddi ehtiyac var. İnsanların ehtiyacları, xüsusilə də gənclərin gələcək perspektivlərinə maraq göstərməsi üçün bu məsələlərə diqqət yetirilməlidir.

Birinci olaraq düşünürəm ki, Azərbaycanda gənclərin məşğulluq məsələsinə xüsusi önəm verilməlidir. Çünki ölkədə mövcud statistikaya əsasən, işsizliyin nisbəti hələ də yüksəkdir və bu da bir çox sosial problemlərə səbəb olur. İş imkanlarının artırılması həm ailələrin rifahını yaxşılaşdırar, həm də doğum səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərə bilər.

Gənclərin məşğulluq məsələsinə diqqət yetirilməli və onların gələcəyi üçün perspektivlər yaradılmalıdır. Gənclərin məşğulluğu təmin edildikcə, onların məişət şəraitinin yaxşılaşdırılması üçün də yeni layihələrə ehtiyac var.

Doğrudur, Azərbaycanda güzəştli mənzillər fondu mövcuddur, lakin bu imkanlar yalnız müəyyən kateqoriyalara aid olan gənclər və gənc ailələr üçün əlçatandır. Daha geniş bir kateqoriyanı əhatə edən proqramlar yaradılarsa, digər gənclər və gənc ailələr də bu imkanlardan faydalana bilər.

Bundan əlavə, Türkiyədə maraqlı bir təcrübə var: gənc ailələr üçün xüsusi fondlar yaradılır və onlara uyğun şərtlərlə mənzil almaq üçün kreditlər təklif olunur. Bu cür fond Azərbaycanda da yaradılsa, gənc ailələrin ev sahibi olmaq şansı artar. Bu yalnız onların sosial rifahını yaxşılaşdırmaqla kifayətlənməz, eyni zamanda cəmiyyətin ümumi inkişafına da müsbət təsir edər.

Həmçinin dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində yeni layihələr icra oluna bilər. Məsələn, gənclər üçün həm uyğun qiymətə mənzillər, həm də uzunmüddətli kreditlər təklif edən proqramlar hazırlana bilər. Bu addımlar həm məşğulluğun artmasına, həm də gənc ailələrin daha sabit bir həyat qurmasına kömək edəcəkdir".

Yazını hazırladı: Xalidə GƏRAY

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:307
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Yanvar 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri