Icma.az
close
up
RU
İsveçdə daxili aviareyslərin sayı minimum həddə qədər azaldılır

İsveçdə daxili aviareyslərin sayı minimum həddə qədər azaldılır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Stokholm, 3 aprel, AZƏRTAC

İsveçdə daxili hava nəqliyyatı böhranı dərinləşir, sərnişin axınının azalması, artan xərclər və struktur problemləri regional marşrutların və aeroportların əhəmiyyətli bir hissəsinin fəaliyyətini təhdid edir.

AZƏRTAC xəbər verir ki, aviasiya sənayesi məlumatlarına görə, daxili uçuşların həcmi 2019-cu illə müqayisədə iki dəfə azalıb və 1980-ci illərin əvvəllərində müşahidə olunan səviyyələrə qayıdıb. Aviareyslərin sayı da kəskin şəkildə azalıb və pandemiyadan sonrakı bərpa Aİ-də ən zəif səviyyədə qalır. Bu fonda sənaye nümayəndələri xəbərdarlıq edirlər ki, daxili aviareyslərin yarıdan çoxu yaxın illərdə yoxa çıxa bilər.

Kiçik regional hava limanları böhrana xüsusilə həssasdır, onlar artıq 4 milyard krondan (təxminən 400 milyon dollar) çox itkiyə məruz qalıb və hökumətin dəstəyinə çox güvənir. Bu itkilər tez-tez kiçik bələdiyyələr tərəfindən kompensasiya edilir.

Bundan əlavə, Aİ səviyyəsində müzakirə olunan dəyişikliklər subsidiya seçimlərini daha da məhdudlaşdıra bilər.

Skandinaviya Hava Yollarının (SAS) baş direktoru Anko van der Verff uçuşlara tələbatı qorumağa çağırır və qeyd edir ki, sərnişinlər olmadan sənaye ayaqda qala bilməz. Onun sözlərinə görə, daxili uçuşlar artıq iqtisadi cəhətdən əlverişsiz hala gəlir və mövcud tendensiyalar davam edərsə, aviaşirkətlər onları azaltmalı olacaq.

Yaxın Şərqdəki geosiyasi gərginliklər səbəbindən aviasiya yanacağının qiymətlərinin artması da vəziyyətə əlavə təzyiq göstərir. Bu, daşıyıcılar üçün maliyyə yükünü artırır və uçuşların daha da azalmasına səbəb ola bilər.

Hava nəqliyyatı nümayəndələri vurğulayırlar ki, aeroportların idarəetmə modelinin nəzərdən keçirilməsi və regional aviareyslərə dəstək daxil olmaqla sistemli həllər olmazsa, İsveç qarşıdakı illərdə daxili aviasiya şəbəkəsinin əhəmiyyətli bir hissəsini itirmək riski ilə qarşılaşacaq.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Aprel 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri