Icma.az
close
up
RU
İsveçdə ədəbiyyat mükafatları

İsveçdə ədəbiyyat mükafatları

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sizcə, Azərbaycanla eyni qədər - 10 milyon nəfər əhalisi olan İsveçdə hər il neçə ədəbiyyat müsabiqəsi keçirilir? Fikrinizdə bir rəqəm tutun…

Kitabın, ədəbiyyatın İsveç toplumunun həyatında oynadığı rola aid çox yazmışam. Məsələn, ölkənin ikinci böyük şəhəri - Yöteborqda hər il keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasından bəhs edən "Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti” yazısı. 1985-ci ildən keçirilən sərgi Şimalı Avropanın ən kütləvi mədəniyyət tədbiri sayılır, ziyarətçi sayı bəzi illərdə 100 mini ötür. Ölkənin hər yerindən on minlərlə insan el şənliyinə gəlirmiş kimi axışıb sərgiyə gəlir, pul verib bilet alır, 800-dək eksponata baxmaq, 300-dək seminarda iştirak etmək fürsətini dəyərləndirir, illik kitab tədarükünü görür.

Bu yazıya məni sövq edən müxtəlif ədəbiyyat müsabiqəsi haqda reklamların, elanların rastıma çıxması oldu. Maraq məni götürdü, axtarış verib yüngülcə araşdırdım və heyran qaldım.

Bir neçəsini sizinlə də tanış eləyim.

***

…Avqust Ədəbiyyat Mükafatını İsveç Naşirlər Birliyi 1989-cu ildə yazıçı Avqust Strindberqin şərəfinə təsis edib. Bədii, elmi-populyar və uşaq ədəbiyyatı kateqoriyaları üzrə hər il verilir. Mükafat fondu hər nominasiya üzrə 100 min İsveç kronudur, təxminən 10 min avro.


Müsabiqədə ölkənin bütün nəşriyyatları iştirak edə bilər. İsveç Naşirlər Birliyinin müəyyən etdiyi 5 nəfərlik jüri heyəti müsabiqəyə təqdim olunan kitablardan hər nominasiya üzrə altısını seçib seçim komissiyasına ötürür. Naşirlərdən, kitabxanaçılardan və ədəbi tənqidçilərdən ibarət seçim komissiyası gizli səsvermə yolu ilə qalibləri müəyyənləşdirir. Avqust Strindberqin 3 kiloluq tunc büstü və 100 min kron hər ilin noyabr atında Stokholmda təşkil olunan qala-konsert zamanı qaliblərə təqdim edilir.

…Astrid Linqren Xatirə Mükafatını (ALMA) 2002-ci ildə İsveç hökuməti dünyaca məşhur uşaq yazıçısı Astrid Linqrenin (bizim nəsil onu uşaqlıqdan tanıyır – "Balaca və damda yaşayan Karlson” əsəriylə) şərəfinə təsis edib. ALMA dünyanın ən böyük uşaq ədəbiyyatı mükafatı sayılır. Mükafat fondu 5 milyon krondur və hər il dünyanın dörd bir tərəfindən qatılan namizədlər arasından seçilmişlərə verilir.

Qalibləri 12 nəfərdən ibarət jüri heyəti müəyyən edir. Heyəti 4 il müddətinə İsveç Mədəniyyət Şurası nüfuzlu yazıçılar, ədəbiyyatşünaslar, rəssamlar, tənqidçilər arasından seçir. Jüri heyətinə yazıçının nəvəsi Yohan Palmberq də daxildir.


Yaradıcılığında Astrid Linqren ruhunu yaşadan yazıçılar, illüstratorlar, qiraətçilər, uşaq ədəbiyyatı təbliğatçıları və başqaları müsabiqədə iştirak edə bilər.

…Berns Mükafatını 1966-cı ildən İsveç PEN klubu yaradıcılığında Stokholm şəhərinin mədəni həyatını təcəssüm etdirən yazıçı, jurnalist, yaxud fotoqraflara təqdim edir. Mükafatı 1963-cü ildə şair, yazıçı, tərcüməçi Yohannes Edfelt qardaşı Arne ilə birlikdə "Berns Salong”un 100 illik yubileyi münasibətiylə təsis ediblər. "Berns Salong” Stokholmun mərkəzində yerləşən Berzeli parkı ətrafında özündə hotel, restoran, gecə klubu, əyləncə mərkəzini birləşdirən şirkətdir.


Laureatları İsveç PEN klubunun idarə heyəti seçir. Mükafat fondu 20 min krondur.

…İsveç radiosu bir neçə ədəbiyyat mükafatı təsis edib. Hekayə, roman, şeir, uşaq ədəbiyyatı mükafatlarının hər birinin məbləği 30 min krondur. Müsabiqəyə təqdim olunan hekayələri nüfuzlu ədəbiyyat adamları seçir. Seçilmiş hekayələr radioda səsləndirilir. Dinləyicilərin ən çox səs verdiyi müəllif qalib elan olunur.

Roman mükafatı 1993-cü ildə təsis edilib və hər il nəşr olunan romanlar arasından seçilir. Seçimi ədəbiyyatla maraqlanan dinləyici qrupları edir.

Şeir müsabiqəsi isə ən qədimidir, onu radionun mədəniyyət bölməsi 1958-ci ildən keçirir.

Radio uşaqları da unutmur. Mənə ən maraqlı gələn elə bu müsabiqə oldu. 2010-cu ildə təsis edilən müsabiqə "Uşaq radio-kitab mükafatı” adlanır. Qalibləri 9-16 yaş arası dinləyicilər qrupu seçir.

…Kral Elmlər Akademiyasının 1862-ci ildə yaratdığı "Letterstedts” Tərcümə Mükafat Fondu başqa tərcümə mükafatlarından konkretliyi ilə fərqlənir, əsasən klassiklərin əsərləri, eyni zamanda elmi-fəlsəfi ədəbiyyatın tərcüməsi üçün nəzərdə tutulub. 150 illik qaliblər siyahısına baxanda dünya yazılı ədəbiyyatının şedevrləri ilə yanaşı Qalileyin "Dünyanın iki sistemi haqda dialoq”unu da görürsən, "Quran”ı da.


Bu mükafat XIX əsrin birinci yarısında yaşamış İsveç iş adamı Jakob Letterstedtsin adı ilə bağlıdır. 1860-cı ildə İsveç Kral Akademiyasına üzv seçilən Letterstedts bir neçə mükafatın, həmçinin sözügedən mükafatın təsis edilməsinə ianələr verib. Mükafat fondu 100 min İsveç kronudur.

"Elza Tulin” Tərcümə Mükafatını İsveç Yazıçılar Birliyi 1960-cı ildə təsis edib. Elə ilk mükafat da tərcüməçi Elza Tulinin özünə verilib. Mükafat döş nişanından və 20 min krondan ibarətdir.

"De Nios” Tərcümə Mükafatını "De Nios” İcması (Samfundet De Nio) 1970-ci ildə təsis edib. 9 nəfərlik (nio isveç dilində doqquz deməkdir) idarə heyəti olan icma 1913-cü ildə isveçli yazıçı, feminist, filantrop Şarlotta fon Kremerin yazdığı vəsiyyət əsasında yaradılıb. Müxtəlif illərdə 15 adda ədəbiyyat mükafatı təsis edən icmanı vəsiyyətə əsasən 9 daimi ədəbiyyat adamı idarə edir. Bu mükafatların məbləği əsasən 100, 150, 200 min krondur. Ən böyük fond "De Nios Stora Pris” mükafatınındır: 400 min kron.

"Təbiət və Mədəniyyət Fondu” Tərcümə Mükafatını İsveç Akademiyası isveçcəyə və isveçcədən ən layiqli tərcümələr üçün 1985-ci ildə təsis edib. Mükafat hər biri 60 min İsveç kronu olmaqla iki nəfərə verilir.

60 min kron mükafat fondu olan İsveç Akademiyasının Şifahi Tərcümə Mükafatı 1965-ci ildə təsis olunub. Mükafat "İsveç poeziyasının xarici dildə ən yaxşı təfsiri” üçün verilir.

Akademiyanın hər biri 100 min kron dəyərində ayrıca esse, ədəbi tənqid mükafatları da var.

***

Nümunələrin sayını çox uzatmaq olar. Başqa mükafatları demirəm, təkcə ədəbiyyat mükafatlarının sayı onlarcadır. Bələdiyyələr, universitetlər, ictimai birliklər, nəşriyyatlar, qəzet və jurnallar, şəxsi fondların, ağla gələn və gəlməyən onlarla ictimai institutun təsis etdiyi mükafat fonduna rast gələrsən.


Araşdıranda 20-dək müsabiqə saydım, sonra sayını itirdim. Bilmirəm siz fikrinizdə hansı rəqəmi tutmuşdunuz…

Hər il bütün dünyanın gözü dikilən Nobel mükafatına gəlincə, 1901-ci ildən verilən 1 milyon avroluq mükafatı qalibə hər il dekabrın 10-u Stokholmda keçirilən təntənəli mərasimdə İsveç kralı təqdim edir.

Ümid edirəm bizdə də çoxsaylı ədəbiyyat mükafatları təsis olunar və Nobel mükafatını bir gün bizim də bir yazıçımız alar…

Vahid Qazi

3 dekabr 2024

Helsinqborq, İsveç

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri