Icma.az
close
up
RU
İsveçdə parlament seçkisi hakimiyyəti dəyişdi: müxalifət qalib gəldi

İsveçdə parlament seçkisi hakimiyyəti dəyişdi: müxalifət qalib gəldi

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsveçdə sentyabrın 13-də keçirilən parlament seçkisinin nəticələri nəinki ölkənin növbəti hökumətinin taleyini müəyyənləşdirdi, həm də son illərdə Avropada müşahidə olunan sağa meyillənmə prosesinin necə dəyişə biləcəyini göstərdi.

Modern.az xəbər verir ki, seçkidə keçmiş baş nazir Maqdalena Anderssonun rəhbərlik etdiyi mərkəz-sol müxalifət bloku cəmi bir mandat fərqi ilə üstünlük qazanıb. Belə ki, 349 yerlik Riksdaqda (parlament) dörd müxalifət partiyası ümumilikdə 175 mandat, hazırkı baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi sağ blok isə 174 mandat əldə edib.

Nəticələr elan olunandan sonra Ulf Kristersson baş nazir vəzifəsindən istefa verəcəyini açıqlayıb. O, yeni hökumətin formalaşdırılması prosesinin parlament sədrinin rəhbərliyi ilə başlamasına imkan yaratmaq üçün vəzifədən azad edilməsini istəyib.

2022-ci il seçkisindən sonra Ulf Kristerssonun rəhbərlik etdiyi sağ mərkəzçi hökumət formalaşmışdı. Moderatlar, Xristian Demokratlar və Liberallar hökumətin əsasını təşkil edir, İsveç Demokratları isə parlamentdə hökuməti dəstəkləyirdi.

Bu seçki nəticəsində müxalifət blokunun lideri Maqdalena Andersson İsveçin yeni baş naziri olacaq.

Lakin seçkinin nəticəsi Anderssona avtomatik olaraq rahat hökumət qurmaq imkanı vermir.

Sosial Demokratlar, Sol Partiya, Yaşıllar və Mərkəz Partiyası birlikdə 175 mandat əldə etsələr də, bu partiyaların iqtisadiyyat, miqrasiya və digər məsələlər üzrə mövqeləri tam üst-üstə düşmür.

Xüsusilə Mərkəz Partiyasının Sol Partiya ilə hökumətdə əməkdaşlıq məsələsində ehtiyatlı mövqeyi yeni kabinetin formalaşdırılmasını çətinləşdirə bilər. "Associated Press" də Anderssonun qarşısında məhz müxalifət blokundakı daxili fikir ayrılıqlarının dayandığını qeyd edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri