Icma.az
close
up
RU
İsveçdə qadınlarda xərçəngin erkən diaqnostikası ilə bağlı ciddi problem müəyyən edilib AZƏRTAC

İsveçdə qadınlarda xərçəngin erkən diaqnostikası ilə bağlı ciddi problem müəyyən edilib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 18 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə uşaqlıq boynu xərçəngi üzrə skrininq proqramında ciddi boşluq aşkar edilib.

AZƏRTAC xəbər verir ki, 1947-1952-ci illərdə dünyaya gəlmiş 155 min qadın xərçəngdən əvvəlki vəziyyətlərin və xərçəngin erkən mərhələlərinin aşkar edilməsi üçün əsas test olan insan papilloma virusuna (HPV) görə testdən keçməyib.

2017-ci ildə regionlar HPV testinin tətbiqi üçün vahid strategiya haqqında razılığa gəlinib. Strategiyaya əsasən, 70 yaşdan kiçik bütün qadınlar xərçəngdən qorunmaq üçün analiz verməli idi. Lakin bölgələrdə testin tətbiqi prosesi illər boyu uzandı. Nəticədə, keçid dövründə yaşı 70-ə çatmış 155 min qadın sınaqdan keçirilməyib. Bunun səbəbləri arasında maliyyə, kadr təminatı çatışmazlığı və İT sistemləri ilə bağlı çətinliklər daxildir.

Uşaqlıq boynu xərçənginin qarşısının alınması Reyestrindən əldə edilən məlumatlar göstərir ki, 2020-2022-ci illərdə bu yaş qrupu arasında 94 uşaqlıq boynu xərçəngi hadisəsi qeydə alınıb. 76 faiz hallarda xəstəlik müalicənin daha çətin və ya qeyri-mümkün olduğu son mərhələdə diaqnozu qoyulub. Müqayisə üçün qeyd edək ki, müntəzəm olaraq skrininqdən keçən qadınlar arasında xərçəngin son mərhələləri yalnız 3 faiz hallarda aşkar edilir.

İnfeksion epidemiologiya professoru Yoakim Dillnerin sözlərinə görə, əgər milli tövsiyələrə əməl edilsəydi, bu halların qarşısını almaq olardı. Regionlar gecikmələri resursların olmaması ilə izah edir. Məsələn, Vestra Hötaland bölgəsində 40 min qadından yalnız 12 mini testdən keçirilə bilib, bundan sonra proqram yüksək qiymətə görə dayandırılıb. Stokholm bölgəsində pandemiya və kadr çatışmazlığı səbəbindən 37 000 qadın testdən keçirilməyib. Bəzi bölgələrdə testləşmə ümumiyyətlə başlamayıb.

155 min qadınla bağlı hadisə İsveçin mərkəzləşdirilməmiş səhiyyə sisteminin hətta yoxlanılmış və həyati vacib təşəbbüslərin həyata keçirilməsində necə problemlər yarada biləcəyini nümayiş etdirir. Ekspertlər hesab edirlər ki, əlaqələndirilmiş səylər və milli standartlara riayət edilməsi bir çox ağır xəstəliklərin qarşısını ala bilərdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 06:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri