İsveçdə vəfat edən Milli Qəhrəmanımız Azərbaycana gəlibmiş Bilinməyənlər
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Şahin Tağıyev Tərtər istiqamətində gedən döyüşlərdə mənim komandirim olub. 1992-ci ilin əvvəlindən 1994-cü ilə qədər Milli Qurtuluş batalyonunun komandiri idi. O, Tərtər-Ağdərə istiqamətində çox müstəsna döyüş əməliyyatları həyata keçirib. Kəlbəcər-Tərtər yolunun açılmasında böyük rolu olub”.
Bu sözləri Globalinfo.az-a sabiq tabor komandiri Gəray Əsədov Milli Qəhrəman Şahin Tağıyev haqda danışarkən deyib.
“Şahin Tağıyevin psixoloji və mənəvi dəstəyinin sayəsində əsgərlərimiz yaxşı vuruşublar. Bu işlərdə onun böyük xidməti olub. Gördüyü işləri saymaqla bitməz. Böyük nüfuza malik biri idi”.
G.Əsədov Milli Qəhrəmanla sonuncu dəfə iki il öncə əlaqə saxladığını bildirib:
“Şahin Tağıyev iki il əvvəl Azərbaycana gəlmişdi, Şuşaya getdi. Həmin zaman səhhətində elə də ciddi problem yox idi. İsveçə qayıtdıqdan sonra orada insult keçirdi. Həmin vaxta qədər daim əlaqəmiz olub. Ordunun olmadığı, silah-sursatın çatışmadığı bir dövrdə Şahinin çox böyük xidmətləri vardı. O, doğrudan da əsl Milli Qəhrəman idi, az itki ilə böyük nailiyyətlər əldə edən bir komandir olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Xatırladaq ki, Ş.Tağıyev ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 16 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















