Icma.az
close
up
RU
İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveç Miqrasiya Agentliyi (Migrationsverket) vətəndaşlığın alınması ilə bağlı müraciətlərə baxılarkən daha sərt nəzarət tətbiq edir. Məqsəd milli təhlükəsizliyə təhlükə yaradan şəxslərə vətəndaşlıq verilməsinin qarşısını almaqdır. SİA xəbər verir ki, yeni qaydalara əsasən, müraciət edənlər şəxsiyyətini təsdiqləmək üçün idarəyə gəlməli, həmçinin keçmişi, o cümlədən iş yeri, doğulduğu ölkə və səyahət tarixçəsi haqqında ətraflı məlumat verməlidirlər.

“Belə tədbirlər zəruridir, çünki vətəndaşlıq son qərardır və geri çağırıla bilməz”, - deyə Miqrasiya Xidmətinin rəsmisi Oskar Ekblad bildirib. Nəzarətin gücləndirilməsi hökumətin bu ilin yanvarından verdiyi tapşırığa cavab idi. Migrationsverket, həmçinin sənədlərin yoxlanılmasını sərtləşdirməyi və şifahi müsahibələrin sayını artırmağı planlaşdırır.

Son illərdə İsveç Təhlükəsizlik Xidməti vətəndaşlıq üçün müraciət edənlərin təhlükə yaratdığını təsdiq edən halları getdikcə daha çox müəyyən edir. Əgər əvvəllər təhlükəsizlik səbəbi ilə hər il təxminən 100-180 müraciət rədd edilirdisə, 2023-cü ildə 756, 2024-cü ildə isə 566 belə hal olub. Eyni zamanda, hətta milli təhlükəsizlik üçün təhlükə yaradan şəxslər də yaşayış icazəsi olduqda, xüsusən onların deportasiyası humanitar səbəblərə görə qeyri-mümkün olduqda, məsələn, edam olunması və ya işgəncə təhlükəsi daşıdıqda, ölkədə qala bilər.

Qeyd edək ki, 2023-cü ildə 65 min 591 nəfər İsveç vətəndaşlığı alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Mart 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri