İsveçə 2 qol vuran Azərbaycan futzalçısı: Qalib gəlməli olduğumuz oyunda qələbəni əldən verdik AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 18 dekabr, AZƏRTAC
“Güclü komandaya qarşı çətin oyunda iki dəfə fərqləndiyim üçün çox xoşbəxtəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futzalçısı Oqtay Rüstəmli Avropa çempionatının əsas mərhələsində Bakıda İsveç seçməsi ilə keçirdikləri oyun barədə danışarkən deyib.
Azərbaycan yığmasının iki qolunun müəllifi olan oyunçu 3:3 hesablı heç-heçəni şərh edib: “Komanda olaraq çox yaxşı mübarizə apardıq. Matça yaxşı başladıq, amma adi səhvlərdən qol buraxdıq. Məni təsirləndirən məqam odur ki, qalib gəlməli olduğumuz oyunda qələbəni əldən verdik. Bəzi real qol epizodlarından istifadə edə bilmədik. Buna görə təəssüflənirəm”.
O, məqsədlərinin turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmaq olduğunu bildirib: “Bunun üçün növbəti oyunlarda mütləq qalib gəlib, xallar qazanmalıyıq. Hazırda qrupda 1 xalımız var. Qrupun aşkar favoriti Xorvatiya seçməsidir. Digər rəqibimiz Yunanıstan da zəif kollektiv deyil. İnanıram ki, komanda ruhu sayəsində çətinliklərin öhdəsindən gələcək, bütün qarşılaşmalarda yaxşı nəticələr əldə edəcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü yanvarın 31-də səfərdə Xorvatiyaya qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















