İsveçin Baş naziri: Aİ ABŞ münasibətləri pisləşib
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aİ-nin ABŞ ilə münasibətləri pisləşib.
"Report"un məlumatına görə, İsveçin Baş naziri Ulf Kristersson bunu Münhen Təhlükəsizlik Konfransında iştirak etməzdən əvvəl "X" sosial şəbəkəsində yazıb.
"Transatlantik münasibətlər dəyişib. Bu faktdır. ABŞ həyatımız boyu Transatlantik təhlükəsizliyin və rifahın dayağı olub. İndi Avropaya qarşı tamamilə fərqli ritorika ilə qarşılaşırıq və münasibətlərimizin zərər gördüyünü dürüstlüklə etiraf etməliyik", - o qeyd edib.
Bununla yanaşı, Baş nazir vurğulayıb ki, Aİ ABŞ ilə münasibətlərindən imtina etməməli, əksinə Avropa daha müstəqil olmalı və digər tərəfdaşlarla əməkdaşlıq etməlidir.
Onun sözlərinə görə, indi Avropanı daha rəqabətli etmək üçün irəli getməyin vaxtıdır: vahid bazarda maneələrin aradan qaldırılmasından və bürokratiyanın azaldılmasından tutmuş qlobal ticarətin və iqtisadi təhlükəsizliyin artırılmasına qədər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 13 Fevral 2026 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















