Səhər yeməyində edilən bu səhv böyrəklərə zərər verə bilər
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə "EatingWell" nəşrində dərc olunan araşdırmada dietoloqların fikirlərinə yer verilib.
Mütəxəssislərin sözlərinə görə, bir çox insan səhər yeməyinin duz baxımından zəngin olmadığını düşünür. Halbuki bəzi gündəlik qidaların tərkibində gözləniləndən xeyli çox natrium ola bilər. Xüsusilə kolbasa, sosiska, bekon və səhər yeməyi sendviçləri ilə yanaşı, simit və müxtəlif un məmulatları da yüksək natrium mənbəyidir. Məsələn, orta ölçülü bir ağ simitdə 500 milliqramdan çox natrium ola bilər.
Dietoloq Cenn Ernandes bildirir ki, həddindən artıq natrium qəbulu orqanizmdə suyun saxlanmasına, nəticədə isə arterial təzyiqin yüksəlməsinə səbəb olur. Yüksək təzyiq zamanı böyrəklər qanı süzmək və orqanizmdə maye-elektrolit balansını qorumaq üçün daha çox işləməli olur. Bu vəziyyət uzun müddət davam etdikdə böyrəklərdəki kiçik qan damarları zədələnə bilər.
Həkim Şon Haşminin sözlərinə görə, böyrəklərin artıq natriumu xaric etmək üçün davamlı olaraq yüklənməsi onların zədələnmə ehtimalını artırır. Sidikdə zülalın aşkarlanması isə böyrək problemlərinin xəbərdaredici əlamətlərindən biri hesab olunur.
Araşdırmada qeyd edilir ki, duz istehlakının azaldılması böyrək xəstəliklərindən əziyyət çəkən insanlarda sidiklə xaric olunan zülalın miqdarını təxminən üçdəbir azalda bilər. Bundan başqa, həddindən artıq duz qəbulu böyrək daşlarının yaranma riskini də artırır. Belə ki, natriumun çoxluğu sidikdə kalsiumun miqdarını yüksəldir və bu mineral digər maddələrlə birləşərək daşların əmələ gəlməsinə şərait yaradır.
Mütəxəssislər böyrəklərin sağlamlığını qorumaq üçün səhərə bir stəkan su ilə başlamağı, bitki mənşəli qidalara üstünlük verməyi və duz qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər. Həmçinin arterial təzyiqin mütəmadi yoxlanılması vacib sayılır.
Qeyd olunur ki, sağlam qidalanma vərdişlərinin formalaşdırılması böyrəklərin yükünü azaltmağa və gələcəkdə yarana biləcək problemlərin qarşısını almağa kömək edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 17 Noyabr 2026 07:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















