Icma.az
close
up
RU
İsveçin milli təhlükəsizlik müşaviri məxfi sənədləri nəzarətsiz qoyub AZƏRTAC

İsveçin milli təhlükəsizlik müşaviri məxfi sənədləri nəzarətsiz qoyub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Stokholm, 9 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

Məlum olub ki, İsveçin milli təhlükəsizlik müşaviri Henrik Landerholm 2023-cü ilin martında “Gellöfsta” konfrans mərkəzində dörd məxfi sənədi unudub.

AZƏRTAC “Dagens Nyheter” (DN) nəşrinə istinadla xəbər verir ki, onlardan cəmi birinin açıqlanması İsveçin təhlükəsizliyinə ciddi ziyan vura bilər.

“Bu ciddidir və cinayət ola bilər. Xüsusilə maraqlıdır ki, yüksək vəzifədə olan bir adam belə aşağı səviyyədə ehtiyatsızlıq nümayiş etdirir”, - deyə “DN”nin müraciət etdiyi beş ekspertdən biri, hərbi kəşfiyyat və təhlükəsizlik xidmətlərinin keçmiş rəhbəri Lennart Olsson deyir.

Sonradan məlum olub ki, Landerholm əvvəllər də mühüm sənədləri və şəxsi əşyalarını başqa yerlərdə unudub. Belə ki, 2022-ci ilin sonunda müşavir gecəni keçirdiyi Macarıstan səfirliyində cib telefonunu qoyub, 2023-cü ilin yanvarında isə müsahibədən sonra “Sveriges Radio”nun redaksiyasında qeyd kitabçasını unudub.

Qöllöfst hadisəsi xüsusi maraq oyadıb, çünki Landerholmun unutduğu sənədlər məxfi olub. Bu sənədlərlə bağlı ciddi saxlama və işləmə qaydalarına riayət olunmalı idi. “DN”-nin apardığı araşdırmaya görə, bu sənədlərdən biri “məxfi” kimi təsnif edilib. Belə sənədlər sızacağı halda ölkənin təhlükəsizliyinə ciddi ziyan vura biləcək məlumatlar ehtiva edir.

Rəsmi şəxslər hadisəni “çox ciddi” kimi qiymətləndirsələr də, polisə şikayət verilməyib. Landerholm unudulmuş sənədlərin tez bir zamanda həmkarı tərəfindən tapılaraq geri qaytarıldığını iddia edir. Mühafizə xidmətinin rəisi ilə məsləhətləşdikdən sonra onun barəsində əlavə heç bir tədbir görülməyib.

“DN”dəki material tənqid dalğasına səbəb oldu. Keçmiş müdafiə naziri Peter Hultkvist Baş nazir Ulf Kristerssonu ictimaiyyətə aydın izahat verməməkdə ittiham edib.

Tənqid dalğasını artıran başqa bir amil Landerholm və Kristersson arasındakı dostluq münasibəti oldu. Çoxları hesab edir ki, bu, Landerholmun təyinatına və görülən tədbirlərin yumşaqlığına təsir göstərə bilərdi. Landerholm Baş nazirin uşaqlıq dostudur. 2022-ci ilin noyabrında o, İsveçdə əvvəllər mövcud olmayan Milli Təhlükəsizlik Müşaviri vəzifəsinə təyin edilib.

Landerholm özü məxfiliyi əsas gətirərək, unudulmuş sənədlərin məzmununu şərh etməkdən imtina edib.

İsveçin Cinayət Məcəlləsinə görə, məxfi məlumatlarla ehtiyatsız davranma cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə nəticələnə bilər. 2008-ci ildə Müdafiə Nazirliyinin əməkdaşı hərbi məxfi məlumatların olduğu qovluğu kitabxanada unutduğuna görə Stokholm Şəhər Məhkəməsi tərəfindən 140 günlük cərimə cəzasına məhkum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri