Icma.az
close
up
RU
İsveçin milli təhlükəsizlik müşaviri ətrafında qalmaqal davam edir AZƏRTAC

İsveçin milli təhlükəsizlik müşaviri ətrafında qalmaqal davam edir AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Stokholm, 23 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin milli təhlükəsizlik müşaviri Henrik Landerholm yeni qalmaqalın mərkəzindədir.

Yerli media tərəfindən verilən açıqlamalar məxfi məlumatlarla ehtiyatsız davranma və şəxsi səyahətlər üçün vergi vəsaitlərindən istifadə də daxil olmaqla çoxsaylı qanun pozuntularına işarə edir.

AZƏRTAC xəbər verir ki, müxalifət partiyaları - Sosial Demokratlar, Sol və Yaşıllar onun təcili istefasını tələb edirlər.

Ən çox rezonans doğuran hallar arasında İsveç Radiosunun binasında H.Landerholm tərəfindən unudulmuş dəftərlə bağlı insidentdir. O, sənədi şəxsən götürmək əvəzinə, onu gətirmək üçün bir taksi sürücüsünü göndərib. Mütəxəssislər bu yanaşmanı milli təhlükəsizlik baxımından vacib olan məlumatlara çıxışı olan şəxs üçün qəbuledilməz adlandırıblar.

Bundan başqa, məlum olub ki, H.Landerholm dəfələrlə Berlinə şəxsi məqsədlərlə, lakin vergi ödəyicilərinin hesabına səfər edib. “Aftonbladet”in məlumatına görə, o, bu vəzifəyə təyin olunduqdan sonra vaxtilə tərəfdaşının yaşadığı Almaniya paytaxtına ən azı doqquz dəfə səfər edib. Onların bəziləri rəsmi olaraq işgüzar səfərlər siyahısında idi, lakin sonradan məlum olub ki, H.Landerholm həftəsonu Berlində qalıb və ya şəxsi səbəblərdən ezamiyyətləri başa vurub.

Yalnız jurnalistlərin suallarından sonra o, təxminən 10.000 kron (900 dollar) məbləğində uçuşlar, qatar biletləri və kuryer xidmətləri xərclərini ödəyib. H.Landerholm özü bildirib ki, hökumət kansleri gələcəkdə oxşar səhvlərə yol verməmək üçün rəsmi səfər qaydalarına yenidən baxıb.

Yaşıllar Partiyası H.Landerholma etimad göstərməyib.

“Biz Baş nazirin onu bu vəzifəyə uyğun namizəd hesab etməyə davam edə biləcəyini başa düşmürük”, -deyə partiyanın həmsədri Daniel Hellden bildirib.

Mötədil siyasətçilər sırasından da tənqidlər eşidilir. Mənbələr bildirir ki, Landerholm şəxsi əlaqələri sayəsində vəzifəsində qalır: o, Baş nazir Ulf Kristerssonun uşaqlıq dostu və partiya katibi Karin Enströmün qardaşıdır.

“Əgər belə səhvləri bu cür əlaqəsi olmayan biri etsəydi, o, çoxdan işdən çıxarılardı”, - deyə müxalifətçilər hiddətlə bildirirlər.

U.Kristersson özü H.Landerholmun davranışının qəbuledilməz olduğunu etiraf edib, lakin hökumət kanslerinin təhlükəsizlik departamentinin qiymətləndirməsinə etibar etdiyini bildirib. Amma müxalifət hesab edir ki, hökumətə etimadı qorumaq üçün Baş nazir bu təyinata görə məsuliyyət daşımalı və H.Landerholmu vəzifəsindən uzaqlaşdırmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri