Icma.az
close
up
RU
İsveçli perkussionist və bəstəkar Robert İkiz “Qavaldaş” adlı kompozisiyasını təqdim edib

İsveçli perkussionist və bəstəkar Robert İkiz “Qavaldaş” adlı kompozisiyasını təqdim edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 19 aprel, Nargiz Cəfərli, AZƏRTAC

İsveçli perkussionist və bəstəkar Robert Mehmet İkiz rejissor Mikael Silkebeqr tərəfindən çəkilən "The Odin Code" sənədli filmi üçün yazdığı əsas kompozisiyanı təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Qavaldaş” (Gavaldash) adlanan bu trek, Bakı yaxınlığında Qobustan tarixi-arxeoloji qoruğunda əfsanəvi Qavaldaşın yanında yazılıb.

Bu təbii musiqi fenomeni unikal səslənməsi ilə tanınır.

Türk əsilli 59 ölkədə çıxış etmiş məşhur musiqiçi Robert İkiz 2023-cü ildə Silkebeqrin çəkiliş qrupuna qoşulub. Müqəddəs sayılan və tambura bənzər səslər çıxaran bu daşın səsini eşidən İkiz, bir neçə gün ərzində həm səs, həm də video materiallar toplayıb.

“Bu, tamamilə bənzərsiz bir təcrübə idi. Daşın səsini eşidən kimi ilham gəldi. Belə bir şeyi heç vaxt eşitməmişdim”, – deyə İkiz bildirib.

Stokholmdakı studiyasına qayıtdıqdan sonra o, sahə yazılarını musiqi kompozisiyasına çevirib, onlara akustik zərb alətləri və elektron elementlər əlavə edib.

Kompozisiyada yaylı tambur partiyasını uzaqdan türk musiqiçisi Cenk Erdoğan ifa edib.

Beynəlxalq festivallarda artıq nümayiş olunmuş "The Odin Code" filmində İkizin bir neçə orijinal əsəri səslənir. Lakin “Qavaldaş” (Gavaldash) ilk dəfə müstəqil sinql kimi dinləyicilərə təqdim olunub.

Trek artıq “Spotify”, “Apple Music”, “Amazon Music” və digər platformalarda dinləmək üçün əlçatandır, həmçinin musiqiçinin “YouTube” kanalında videoklip şəklində yayımlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri