Icma.az
close
up
RU
İsveçrə mətbuatı Vaşinqton görüşündən yazıb

İsveçrə mətbuatı Vaşinqton görüşündən yazıb

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İsveçrə mediasının da diqqəti ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən Sülh Sammiti və imzalanan razılaşmalara yönəlib.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsveçrə Teleradiosu (SRF), həmçinin "Neue Zürcher Zeitung", "Blick", "Tagesanzeiger", "20 Minuten", "Le Temp" kimi aparıcı gündəlik qəzetlər onillərdən bəri davam edən bir münaqişədə ciddi irəliləyiş əldə olunduğunu bildirirlər. Diqqətə çatdırılıb ki, cümə günü Ağ evdə bir araya gələn Azərbaycan və Ermənistan liderləri sülh razılaşması yolunda mühüm əhəmiyyətə malik Birgə Bəyannaməyə imza atıblar.

"Neue Zürcher Zeitung" yazır ki, bununla da Cənubi Qafqazda sülhə doğru daha bir mühüm addım atılıb. ABŞ-da əldə edilən razılaşmaların tərkibinə Donald Trampın adını daşıyacaq və blokada altında olan sərhədləri açmalı olan nəqliyyat marşrutu daxildir.

"Tagesanzeiger" nəşri isə Azərbaycan Prezidenti İlham Əliyevin birgə bəyanatda 8 avqustun tarixi bir gün olması barədə səsləndirdiyi fikirlərinə yer verib: "Biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu proses nəticəsində Azərbaycan və Ermənistan sülh və barışıq üçün cəsur və məsuliyyətli olacaqlar və razılaşma Qafqazda əbədi sülh ilə nəticələnəcəkdir".

Məqalədə görüşlərin mahiyyətini təşkil edən digər mövzulara da toxunulub, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) məzmunu və reallaşma mexanizmi, eləcə də əhəmiyyətini itirmiş ATƏT-in Minsk qrupunun ləğvi barədə məlumat verilib.

Yekunda bildirilir ki, "Tramp Sülh Marşrutu" adlanan nəqliyyat bağlantısı layihəsi iqtisadi xarakter daşıyır, ticarət, tranzit və enerji daşıyıcılarının nəqlində Cənubi Qafqazın mövqeyini möhkəmləndirməlidir. Ticarət marşrutu Ermənistan ərazisindən keçsə də, bu, həmin dövlətin suverenlik və ərazi bütövlüyünə heç bir xələl gətirməyəcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri