Ermənistanda 2025 ci ildə bir sıra ərzaq məhsullarının qiyməti artıb
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanda 2025-ci ilin yanvar-dekabr aylarında inflyasiya səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3%, noyabr ayı ilə müqayisədə isə 1,2% təşkil edib.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin məlumatlarında əksini tapıb.
Statistikaya görə, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri noyabr ayı ilə müqayisədə 0,4-1,4% artıb. Bu zaman nisbətən yüksək inflyasiya səviyyəsi paytaxtda qeydə alınıb. 2025-ci ilin yanvar-dekabr aylarında istehlak qiymətlərinin orta aylıq artımı 0,3% təşkil edib (ötən ilin eyni dövründə 0,1% artım qeydə alınmışdı).
Ərzaq bazarında il ərzində xüsusilə ət, yarma, yağ, süd məhsulları və spirtli içkilərin qiyməti artıb, tərəvəzlərin qiyməti isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 7,5% azalıb.
2025-ci ildə benzin və dizel yanacağının qiymətləri ümumilikdə müvafiq olaraq 2,2% və 4,1% azalıb. 2025-ci ilin dekabr ayı üçün ABŞ dollarına qarşı erməni dramının orta hesablanmış məzənnəsi 381,5 dram təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 12 Yanvar 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















