İsveçrə Qazaxıstana birbaşa uçuşlar açacaq
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan və İsveçrə Konfederasiyasının aviasiya hakimiyyəti orqanları arasında danışıqlar aparılıb.
Newscenter.az Qazaxıstan Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Astanada keçirilən danışıqlarda Air Astana, SCAT, SWISS Beynəlxalq Hava Yolları şirkətlərinin nümayəndələri, Bazel Hava Limanı, Xarici İşlər Nazirliyi və İsveçrə səfirliyinin rəhbərləri iştirak ediblər. Tərəflər birbaşa hava əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Danışıqların yekununda iki ölkənin aviasiya hakimiyyəti anlaşma memorandumu imzalayıblar.
Bu sənəd təyin olunmuş aviaşirkətlərə həftədə 28-ə qədər sərnişin uçuşu həyata keçirmək hüququ verir. Bundan əlavə, uçuş tezliyi və tutumuna məhdudiyyət qoyulmadan yük daşımalarının həyata keçirilməsi üçün hüquqi baza yaradılıb.
Tərəflər həmçinin hava xidmətləri haqqında saziş layihəsinin mətni ilə bağlı razılığa gəliblər. Bu saziş Qazaxıstan və İsveçrə arasında hava əlaqələrinin daha da inkişafı üçün yenilənmiş hüquqi baza yaradacaq.
Süleyman
Bu mövzuda digər xəbərlər:İsveçrə Qazaxıstana 35,8 milyard dollar sərmayə qoyub
28 Noyabr 2025 20:37
Qazaxıstana uçuşlar dayandı
10 Mart 2025 14:49
Qazaxıstana uçuşlar təxirə salınır
14 Dekabr 2025 12:40
Azərbaycan Prezidentinin Qazaxıstana səfəri əlaqələrin inkişafında yeni pəncərə açacaq
21 Oktyabr 2025 11:45
Qazaxıstana daha bir birbaşa reys AZAL Aktöbəyə uçmağa başladı
17 Sentyabr 2026 11:13
Baxış sayı:67
Bu xəbər 23 Sentyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















