İsveçrə Suriyanın Mərkəzi Bankına tətbiq olunan sanksiyaları ləğv edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Qahirə, 22 iyun, AZƏRTAC
İsveçrə Suriya Mərkəzi Bankına tətbiq edilən sanksiyaları ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.
Qərarı şərh edən Suriya Mərkəzi Bankının direktoru Əbdülqadir əl-Husriyyə bu addımı iki ölkə arasında maliyyə və ticarət sahələrində əlaqələrin bərpası istiqamətində mühüm və müsbət inkişaf adlandırıb.
Direktor əlavə edib ki, əvvəllər Suriya Mərkəzi Bankının bir sıra İsveçrə bankları ilə sıx əlaqələri olub və o, dövlət investisiyalarının idarə olunmasında, eləcə də İsveçrə tərəfi ilə ticarət və maliyyə mübadilələrinin dəstəklənməsində əsas rol oynayıb. Bununla da qarşılıqlı etimad möhkəmlənib və iqtisadi əlaqələrin sabitliyi təmin edilib.
Mərkəzi Bank rəhbəri ümid etdiyini bildirib ki, bu addım ortaq maraqlara xidmət edən və milli iqtisadiyyatı möhkəmləndirmək üçün daha geniş imkanlar açan yeni, konstruktiv əməkdaşlıq mərhələsinin başlanğıcı olacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 22 İyun 2025 06:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















