Icma.az
close
up
RU
İT sektorunda yeni reallıq: 1 manat uğrunda savaş gedir

İT sektorunda yeni reallıq: 1 manat uğrunda savaş gedir

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Azərbaycanda İT sektorunda dövlət satınalmaları ilə bağlı qəribə bir tendensiya formalaşıb.

Əvvəllər bu sektorda böyük layihələr, iri tenderlər çox olurdu. Təxmini olaraq da böyük şirkətlər, ortabablar və kiçik bizneslərin qatılacağı tenderlər öncədən bilinirdi.

Bəzən hətta centelmen razılaşması olurdu ki, məbləğ azdır və böyük şirkətlər kiçik bizneslərə şərait yaratmaq üçün bu tip tenderlərə qatılmırdılar.

İndi isə dövran dəyişib.

Kiçik bizneslər şikayət edir ki, artıq adi bir satınalmaya, məsələn, 20 min manatlıq tenderlərdə belə dövriyyəsi milyon olan şirkətlər iştirak edir.

Bir neçə yüz minlik tenderlərə isə dövriyyəsi on milyonlarla olan şirkətlər qatılır. Və təbii ki, start vəziyyətləri yaxşı olduğundan adətən bu tip tenderləri də elə onlar udurlar.

Yəni İT bazarda faktiki olaraq 1 manat uğrunda amansız mübarizə gedir.

Bu nə deməkdir?

Bu o deməkdir ki, artıq bazarda böyük İKT layihələri, böyük tenderlər azalıb. İT şirkətlər hamısı eyni kiçik büdcələr uğrunda vuruşurlar. Əksəriyyət real inkişaf, dəyər yaratmaq uğrunda deyil, resurs bölgüsü uğrunda savaşır.

Amma eyni vaxtda qonşu ölkələrdə tam fərqli mənzərə görürük.

İT və süni intellekt üçün ayrılan büdcələr artır, böyük proqramlar maliyyələşdirilir, ixracyönümlü layihələr dəstəklənir. Qazaxıstanda, Özbəkistanda, Ermənistanda və s. qonşularımızda İT sektorunda milyonlar dövr edir.

Qazaxıstanda bir anda bir Fond, yaxud Fondlar Fondu formalaşır və büdcəsi də bir anda 100 milyon olur.

Ümid edirəm ötən gündən Qazaxıstanda işinə başlayan GITEX-in Mərkəzi Asiya və Qafqaz üzrə Forumunda iştiark edən bizim nümayəndlələr də bu fərqi , baş verənləri daha yaxından müşahidə edirlər.

Bizdə isə əksinə, bazar xırdalanır, kiçilir. Nəsə, doğru getmir bu işlər.

Halbuki bu vəziyyəti dəyişmək üçün institusional mexanizmlər yaradılmışdı.

Prezidentin rəqəmsal sektorda, süni intellekt və data sektorunda vəziyyəti kökündən dəyişməklə bağlı ilin əvvəlində verdiyi tapşırıqalrı vardı.
Rəqəmsal İnkişaf Şurası məhz bu sektorda koordinasiya üçün, ciddi maliyyə dayaqlarının yaradılması üçün, böyük layihələrin effektivliyinə nəzarət etmək üçün formalaşdırılmışdı.

“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”da bəlkə də son 30 ildə gördüyüm ilk rəsmi proqramdır ki, konkret maliyyə mənbəyi, pulun konkret ünvanı, hətta bu ayrilan vesait xərclənməsə belə onun taleyinin necə olacağı nəzərdə tutulub.
Hələlik isə bunlardan xəbər yoxdur.

Rəqəmsal İnkişaf Şurasının katibliyi funksiyasını RİNN icra edir. RİNN gərək çoxdan maraqlı tərəfləri, İT şirkətləri, ekspertləri bir yerə toplayıb Fəaliyyət Planının icrası istiqamətində addımlar ataydı.

Ekspertləri, analitikləri cəlb etmək lazımdır bu prosesə. Əgər yenə də xaricdən hansısa konsaltinq şirkətlərini gözləyiriksə, düşünmürəm ki, tez bir zamanda irəliləyişə nail olaq.

Görünən odur ki, artıq ləngiməkdən də keçib, biz çox gecikirik.

Osman Gündüz

Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 May 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri