Icma.az
close
up
RU
IT SkillSprint təhsil proqramının açılış mərasimi keçirildi

IT SkillSprint təhsil proqramının açılış mərasimi keçirildi

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “IT SkillSprint” təhsil proqramının açılış mərasimi keçirilib.
Demokrat.az
xəbər verir ki, tədbirdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova proqramın əsas məqsədinin tələbələrin IT sahəsində praktiki bilik və bacarıqlarını artırmaq, onların həm yerli, həm də qlobal əmək bazarında rəqabət qabiliyyətini gücləndirmək olduğunu bildirib. 
Direktor qeyd edib ki, IT sahəsinin sürətli inkişafı ali təhsil proqramlarının daim yenilənməsini tələb edir və bu kimi təşəbbüslər tələbələrin aktual bilik və bacarıqlar əldə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ülkər Səttarovanın sözlərinə görə, layihə çərçivəsində geniş seçim mərhələsindən keçmiş 123 tələbə bir semestr ərzində xarici şirkət tərəfindən təqdim olunan intensiv təlim proqramında iştirak edəcək və real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaq.
Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov isə bildirib ki, proqram insan kapitalının inkişafı və ali təhsil ilə əmək bazarı arasında əlaqənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O əlavə edib ki, Agentlik tərəfindən həyata keçirilən layihələrdə 10 mindən artıq tələbə təlim və təhsil proqramlarına cəlb olunub, xüsusilə kibertəhlükəsizlik layihələrində işə qəbul göstəricisi artıq 90 faizə çatır. 
Fərid Osmanov bildirib ki, bugünkü proqram çərçivəsində tələbələr “Ironhack” beynəlxalq şirkəti ilə birgə təlimlərdə iştirak edəcək və bu, onlara həm yerli, həm də xarici əmək bazarında geniş imkanlar yaradır.
“Ironhack” şirkətinin direktoru Gonzalo Manrike Sabatel proqramın məqsədinin yüksək potensiallı tələbələri qısa müddətdə intensiv və praktiki təlimlər vasitəsilə əmək bazarına hazırlamaq olduğunu bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Fevral 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri