Icma.az
close
up
RU
İtaliya A Seriyası: “Olimpiko”da liderlik uğrunda döyüş

İtaliya A Seriyası: “Olimpiko”da liderlik uğrunda döyüş

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliya A Seriyasının XIII turu dörd gün ərzində davam edəcək və artıq “Komо”nun “Sassuolo” üzərində 2:0 hesablı qələbəsi ilə start götürüb.

İdman.Biz xəbər verir ki, turun əsas qarşılaşması Roma şəhərində baş tutacaq “Roma” - “Napoli” duelidir. Əhəmiyyətinə görə bundan sonra “Milan” - “Latsio” oyunu, “İnter”in “Piza”ya səfəri, eləcə də “Atalanta” - “Fiorentina” görüşü gəlir.

“Roma” - “Napoli”

Turun ən vacib matçına “Roma” lider kimi çıxır: 12 oyundan sonra 27 xal. “Napoli” isə “Milan”la birlikdə ikinci-üçüncü yerləri bölüşür (hərəyə 25 xal). Turnir cədvəlinin yuxarısı maksimum dərəcədə sıxlaşıb - ilk beşliyi cəmi üç xal xal ayırır.

Can Pyerо Qasperininin komandası üstünlüyü ilk növbədə düzgün təşkilatlanma ilə qazanır: cəmi 6 altı buraxılan qol (liqanı ən yaxşı göstərici), lakin eyni zamanda 15 vurulan top (titul iddiaçıları arasında ən aşağı göstərici). Roma klubunun çempionatda hələ heç-heçəsinin olmaması da diqqətəlayiq məqamdır.

Komandalar oyuna yüksək emosional fonda gəlir. “Roma” ötən həftə “Kremoneze” üzərində 3:1 hesablı qələbə qazanaraq liderliyə yüksəlib, Evan Ferqyuson isə uzun sürən qolsuz seriyasına son qoyub. “Napoli” iki oyundan ibarət uğursuz seriyadan sonra qalibiyyət ritminə dönüb. Neapollular əvvəlcə “Atalanta”nı, ardınca isə Çempionlar Liqasında Ağdamın “Qarabağ” klubunu 2:0 hesabı ilə məğlub ediblər.

Kadr vəziyyəti də matçın mənzərəsinə təsir edir. “Roma”da Artyom Dovbik zədəlidir, Ancelinyonun bərpa müddəti müəyyən deyil. Bununla belə, klubun tibbi məlumatına görə, Manu Kone və Əl Aynaui ciddi zədədən yan keçib və görüş üçün hazır ola bilərlər. “Napoli”də itkilər daha çoxdur: Fransua Anqissa və Kevin De Breyne sıradan çıxıb, Aleks Meret və Romelu Lukakunun geri dönüş müddəti isə hələlik naməlumdur.

A Seriyasında lider demək olar hər tur dəyişir və istisna deyil ki, 13-cü turda da eyni hal təkrar olunsun.

A Seriyasının 13-cü turunun oyunları

28 noyabr

“Komо” - “Sassuolo”

29 noyabr

“Cenoa” - “Verona”

“Parma” - “Udineze”

“Yuventus” - “Kalyari”

“Milan” - “Latsio”

“Leççe” - “Torino”

30 noyabr

“Piza” - “İnter”

“Atalanta” - “Fiorentina”

“Roma” - “Napoli”

1 dekabr

“Bolonya” - “Kremoneze”

13-cü turun startı ərəfəsində A Seriyasının turnir cədvəli

“Roma” – 27

“Milan” – 25

“Napoli” – 25

“İnter” – 24

“Bolonya” – 24

“Komо” – 24

“Yuventus” – 20

“Latsio” – 18

“Sassuolo” – 17

“Udineze” – 15

“Kremoneze” – 14

“Torino” – 14

“Atalanta” – 13

“Kalyari” – 11

“Parma” – 11

“Piza” – 10

“Leççe” – 10

“Cenoa” – 8

“Fiorentina” – 6

“Verona” – 6

Teymur Tuşiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Noyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri