Icma.az
close
up
RU
İtaliya A Seriyası: Turin derbisi, lider üçün imtahan və İnter in şansı in TƏHLİLİ

İtaliya A Seriyası: Turin derbisi, lider üçün imtahan və İnter in şansı in TƏHLİLİ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın A Seriyasında turnir cədvəlinin yuxarı sıralarında sıx mübarizə davam edir. Burada liderlərin ən kiçik xal itkisi belə mövqelərin dərhal dəyişməsinə səbəb ola bilər.

İdman.Biz xəbər verir ki, beynəlxalq fasilədən öncə baş tutacaq XI turda birbaşa rəqiblər üz-üzə gəlməsələr də, qarşılaşmalar gərgin keçəcək.

“Yuventus” - “Torino” (8 noyabr)

"Yuventus" baş məşqçi Luçano Spalettinin rəhbərliyi altında tədricən formaya düşür: çempionatda qazanılan qələbə və Çempionlar Liqasındakı inamlı oyun komandanı yeni məşqçinin rəhbərliyi ilə üçüncü matça yüksək əhval-ruhiyyədə çıxmağa kökləyib. Əsas diqqət Dusan Vlahoviçin dirçəlişinə və Kenan Yılmazın hücumdakı roluna yönəlib - məhz bu tandem komandanın hücum oyununda əsas dayaqlardan sayılır. Spaletti vurğulayır ki, komanda derbiyə maksimum ciddiliklə yanaşmalı və bu matçı yenilənmə kursunun təsdiqi kimi dəyərləndirməlidir.

Marko Baroninin çalışdırdığı "Torino" son bir ayda xeyli irəliləyiş əldə edib: intizam artıb, komanda turnir cədvəlində yüksəlib və derbiyə “qurban” psixologiyasından uzaq şəkildə hazırlaşır. “Buğalar”ın üstünlüyü onların təzəlik və dinamizmindədirsə, “Yuventus”un gücü sinif fərqi və qarşılıqlı oyunlardakı statistik üstünlüyüdür. Əgər meydan sahibləri xal itirsə, mətbuat dərhal “Spaletti effekti”nin nə dərəcədə işlədiyini müzakirəyə çıxaracaq. Qələbə isə “Yuventus”un yenidən ən yüksək səviyyəli güc kimi qayıtdığını təsdiqləyəcək.

“Bolonya” - “Napoli” (9 noyabr)

Çempionlar Liqasında Ağdamın “Qarabağ” klubunun gələcək rəqibi olan "Napoli" 22 xalla turnir cədvəlinə başçılıq edir. Lakin fərq minimaldır: bir uğursuz oyun çempionu dərhal “top-4”dən kənara ata bilər. Antonio Kontenin komandası ardıcıl qolsuz heç-heçələrdən və hücumdakı problemlərdən əziyyət çəkir. Bu çətinliklərə Kevin De Brüyne, Leonardo Spinatsola və Billi Qilmorun zədələri də əlavə olunub. Konte etiraf edir ki, A Seriyası ilə Avrokubokları eyni anda aparmaq gözləniləndən çətindir və oyunçularından epizodların daha sərt şəkildə dəyərləndirilməsini tələb edir.

Vincenzo İtalyanonun rəhbərlik etdiyi "Bolonya" əla formadadır: son turlarda cəmi bir məğlubiyyət və beşinci pilləyə yüksəliş. Komanda aqressiv pressinq tətbiq edir və ev oyunlarında inamlı çıxış edir. Meydan sahibləri üçün bu matç Çempionlar Liqası zonasına daxil olmaq imkanıdır. "Napoli" üçün isə bu görüş liderlik xarakterinin sınağı olacaq. Xal itkisi yalnız birincilik deyil, həm də fasilə öncəsi psixoloji üstünlüyün əldən verilməsi deməkdir.

“İnter” - “Latsio” (9 noyabr)

"İnter" 21 xalla sıx izləyici qrupunda yer alır, liqanın ən məhsuldar komandasıdır və Avropada da güclü çıxış edir. Komanda ev oyunlarında inamlı təsir bağışlayır, Lautaro Martines və onun tərəfdaşları çoxlu qol vəziyyəti yaradırlar. Dəqiq müdafiə sistemi ilə seçilən "Latsio" ilə qarşılaşma titul iddiaçısı üçün sabitlik imtahanı olacaq.

"Latsio" müdafiədə xeyli irəliləyiş əldə edib, bir neçə oyundur qapısından qol buraxmır və əks-hücumlarda təhlükəlidir. Bununla belə, Milandakı ən kiçik səhv komandanı cədvəlin aşağı hissəsinə qaytara bilər. Qonaqlar üçün əsas vəzifə startdakı təzyiqə tab gətirmək və standart vəziyyətlərdən maksimum yararlanmaqdır. Meydan sahibləri isə tempi itirməməli və rəqiblərinə yaxınlaşmaq imkanı verməməlidirlər.

A Seriyasının 11-ci turunun digər oyunları:

“Piza” - “Kremoneze” (7 noyabr) 1:0

“Komо” - “Kalyari” (8 noyabr)

“Leççe” - “Verona” (8 noyabr)

“Parma” - “Milan” (8 noyabr)

“Atalanta” - “Sassuolo” (9 noyabr)

“Cenoa” - “Fiorentina” (9 noyabr)

“Roma” - “Udineze” (9 noyabr)

A Seriyasının turnir cədvəli

"Napoli" - 22

"İnter" - 21

"Milan" - 21

"Roma" - 21

"Bolonya" - 18

"Yuventus" - 18

"Komо" - 17

"Latsio" - 15

"Udineze" - 15

"Kremoneze" - 14

"Atalanta" - 13

"Sassuolo" - 13

"Torino" - 13

"Kalyari" - 9

"Leççe" - 9

"Piza" - 9

"Parma" - 7

"Cenoa" - 6

"Verona" - 5

"Fiorentina" - 4

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri