Icma.az
close
up
RU
İtaliya A Seriyasında oynamış futbolçu: “Qarabağ” “Napoli” ilə matçda sürpriz edə bilər AÇIQLAMA

İtaliya A Seriyasında oynamış futbolçu: “Qarabağ” “Napoli” ilə matçda sürpriz edə bilər AÇIQLAMA

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 24 noyabr, AZƏRTAC

Bu mövsüm həm “Napoli”nin, həm də “Qarabağ”ın oyunlarını izləmişəm. Hər iki komanda yaxşı formadadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə İtaliya A Seriyasında “Viçensa” və “Komo” kimi komandalarda çıxış etmiş xorvatiyalı veteran futbolçu Stepan Tomas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Napoli” və “Qarabağ” kollektivləri arasında keçiriləcək oyun barədə danışarkən deyib.

O, Azərbaycan çempionunun İtaliyada sürpriz edə biləcəyinə inandığını bildirib: “Qurban Qurbanov yaxşı komanda formalaşdırıb. Onlar böyük klublara qarşı layiqli mübarizə aparırlar. Hazırda “Turan Tovuz”a rəhbərlik edən keçmiş baş məşqçim Kurban Berdıyevin dəvətilə ötən mövsüm Bakıya gəlmişdim. Tovuz klubunun “Qarabağ”la matçını canlı izləmişdim. “Napoli”ni çox güclü və təcrübəli Antonio Konte çalışdırır. Kevin De Brüyne və Romelu Lukaku zədə səbəbindən bu görüşü buraxacaqlar. Bu da Azərbaycan təmsilçisi üçün müsbət məqamdır. Neapol klubu A Seriyasının son turunda “Atalanta” ilə qarşılaşmada böyük güc sərf etdi. Futbolçular müəyyən mənada yorğun ola bilərlər. “Qarabağ”ın səfərdə 1 xal qazanacağını düşünürəm”.

Xorvatiya millisinin keçmiş üzvü Azərbaycan çempionunun heyətində bəyəndiyi futbolçuların adlarını da çəkib: “Kevin Medina və Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyevi çox bəyənirəm. “Qarabağ” komanda olaraq çox güclüdür. Bunu “Benfika” və “Çelsi” ilə matçlarda göstərib”.

Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri