İtaliya çimərliklərinin təxminən 20% ni itirə bilər
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İtaliya 2050-ci ilə qədər çimərliklərinin 20%-ni, 2100-cü ilə qədər isə təxminən 40%-ni itirmək riski daşıyır.
Bakıvaxtı.az ANSA agentliyinə istinadən xəbər verir ki, bu, İtaliya Coğrafiya Cəmiyyətinin "Batıq Mənzərələr" hesabatında yer alıb.
Hesabata görə, iqlim böhranı, daşqın riski və torpaq eroziyası kimi digər amillərlə bağlı dəniz səviyyəsinin yüksəlməsi səbəbindən İtaliya çimərliklərinin çoxunu itirə bilər.
Xüsusən də Şimali Adriatik sahilləri, Pugliadakı Qarqano çimərlikləri, Toskana və Kampaniya arasındakı Tirren sahillərinin bir neçə hissəsi və Sardiniyanın Kalyari və Oristano əraziləri risk altındadır.
Həmçinin İtaliyanın liman infrastrukturunun yarısı, kənd təsərrüfatı torpaqlarının 10%-dən çoxu və Po Deltası və Venesiya Laqunundan başlayaraq, sözdə amfibiya sahil zonaları da risk siyahısına daxil edilib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 29 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















